Narkozun hansı zərərləri var və qorunmaq üçün nə edilməlidir? - Anestezioloqlardan TÖVSİYƏ

Narkozun hansı zərərləri var və qorunmaq üçün nə edilməlidir? - Anestezioloqlardan TÖVSİYƏ

Müasir tibb əməliyyatlarında narkoz, yəni anesteziya, vacib rol oynasa da, bu proses bəzən insan səhhətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, narkozun bir sıra riskləri və zərərləri mövcuddur. 

 

Sfera.az bildirir ki, ümumiyyətlə, narkoz - xəstənin əməliyyat zamanı ağrı hiss etməməsi və rahatlığının təmin olunması məqsədilə istifadə edilir. Harvard Universitetinin professoru, anestezioloq Emeri Braun qeyd edir ki, narkozun əsas riskləri ürək-damar və tənəffüs sistemləri ilə bağlıdır. “Xüsusilə yaşlı xəstələrdə anesteziyanın uzunmüddətli kognitiv funksiyalara, yəni anlamaya təsir etməsi ilə bağlı daha çox araşdırma aparılmalıdır”.

 

Digər mütəxəssis “Cleveland” klinikasının Anesteziologiya və Ağrı İdarəsi İnstitutunun rəhbəri Daniel Sesslerin fikrincə, narkoz xüsusilə yaşlı xəstələrdə ciddi bir problemdir: “Anesteziyanın minimal dozada verilməsi bu riskləri azaltmaq üçün əsas yanaşmalardan biridir”.

 

Toronto Universitetinin anesteziya üzrə eksperti Beverli Orser isə bildirib ki, narkozdan sonra xəstələrdə yaddaş itkisi yarana bilir və bu, xüsusən əməliyyatdan sonra 1-2 həftə ərzində artır.  O, xəstələrin bu prosesə hazırlıqlı olması və bərpa müddətində düzgün müşahidə altında olmasının vacibliyini vurğulayıb.

 

Mütəxəssislər qeyd edirlər ki, narkoza görə bəzi insanlarda əməliyyatdan sonra tənəffüs problemləri yaşana bilər. Bu isə astma və ya digər tənəffüs yolu xəstəlikləri olan insanlarda daha risklidir. Narkoz həm də ürək ritmini və qan təzyiqini dəyişə bilər. Nəticədə ürək ritminin qeyri-sabitliyi, hipertoniya və hətta ürək tutmaları mümkündür. Qeyd edildiyi kimi, bəzi hallarda narkozdan sonra yaddaş itkisi, diqqət pozuntusu müşahidə olunur. Xüsusilə bu, yaşlı xəstələrə şamil edilir. Mütəxəssislər bildirirlər ki, narkoz dərmanlarına qarşı allergik reaksiyalar nadir olsa da, təhlükə vəd etməsi mümkündür. Bu reaksiyalar anafilaktik şoka səbəb ola bilər.

 

Bəs narkozun zərərlərindən qorunmaq üçün nələr edilməlidir?

 

Anestezioloqlar qeyd edirlər ki, bununla bağlı xəstənin keçmişdəki sağlamlıq problemləri, allergiyaları və dərman istifadəsi barədə həkimə məlumat verməsi vacibdir. Bu əsasən dərmanların düzgün seçilməsini təmin edir. Həmçinin ekspertlər vurğulayırlar ki, ürək xəstəliyi, tənəffüs problemləri və ya böyrək, qaraciyər problemləri olan insanlar üçün risklər əvvəlcədən dəyərləndirilməli və alternativ anesteziya üsulları düşünülməlidir: “Anesteziya altında olarkən xəstənin həyat əlamətlərinə ciddi nəzarət vacibdir. Bundan başqa, əməliyyatdan sonra xəstənin bərpa müddəti diqqətlə müşahidə edilməlidir, bu da problemlərin erkən aşkar olunmasına kömək edə bilər. Ümumiyyəltə isə hər xəstə üçün fərqli narkoz növü istifadə edilə bilər”,- anestezioloqlar bildirirlər.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...