Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...
Sağlıq
15:14 / 27.09.2024
5527
Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.
Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda altsheymer riskinin 47 faiz daha az olduğu üzə çıxıb. Bunun əsas səbəbi isə kolin maddəsidir.
Bu maddə beyində olan öyrənmə və yaddaş mərkəzlərinin fəaliyyətini stimullaşdırır. Kolin maddəsinin kənd toyuqlarının yumurtalarında daha yüksəkdir. Həkimlər yumurtanın yalnız Altsheymer xəstəliyinə tutlma riskini azaltmadığını bildirirlər.
O, eyni zamanda insanın öyrənmə potenasialını və motivasiyasını artırır, əzələlərin inkişafını dəstəkləyir.
Uşaqlar və gənclər üçün gün ərzində 1-2 yumurta yemək faydalıdır. Yetkin insanlar isə həftədə 4-5 ədəd yumurta yeməlidirlər.
Ülkər Abdurahmanlı