"Heyvanlarla təmasdan uzaq durun" - Mütəxəssisdən bu virusla bağlı XƏBƏRDARLIQ!

"Heyvanlarla təmasdan uzaq durun" - Mütəxəssisdən bu virusla bağlı XƏBƏRDARLIQ!

Bu il Azərbaycanda 29 min 489 heyvan dişləməsi qeydə alınıb.

 

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova məlumat verib. O qeyd edib ki, bunlardan 16 min 334 hadisə məlum heyvanlar (it, pişik), 13 min 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub.

 

“2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb. Heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var”.

 

A.Qurbanovanın sözlərinə görə, 2024-cü ilin müvafiq dövrü ərzində quduzluq hadisəsi qeydə alınmayıb.

 

Mütəxəssis, həmçinin bildirib ki, hər hansı bir heyvan hücumuna məruz qalma halları qeyd edilərsə, bu zaman quduzluq virusuna yoluxma şübhəsi olduğundan xəstə dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməlidir:

 

“Ona quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır. Bundan başqa, ev şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar həkiminin müayinəsindən keçirtməli, peyvəndlərini vurdurmalıdırlar. İnsanların isə bu xəstəliyə yoluxmaması üçün çöl heyvanları ilə təmasdan uzaq durması vacibdir. Küçədə sahibsiz heyvanlarla təmasa yol verilməməlidir - əl vasitəsilə yemləndirmə, sığallama və.s. Valideynlər heyvanlar olduğu məkanlarda balaca uşaqları nəzarətsiz qoymamalıdır. Sahibli heyvanlar sahibləri tərəfindən yalnız ağızlıqlarla küçədə gəzdirilməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...