Xəstəyə ziyan vuran, canından edən saxta tibb işçilərini hansı cəza gözləyir? - AÇIQLAMA

Xəstəyə ziyan vuran, canından edən saxta tibb işçilərini hansı cəza gözləyir? - AÇIQLAMA

Təhsili olmamasına baxmayaraq, tibb bacısı kimi fəaliyyət göstərənlər kifayət qədərdir. Onlar sistem köçürür, iynə vurur, hətta resept belə yazırlar. Saxta həkimlər də çoxdur. Təbii ki, bu hallar ölümlə də nəticələnə bilər. Hətta bu yaxınlarda "Reo-Med" klinikasında ali təhsili olmayan bir “həkim”in pasiyenti əməliyyat zamanı komaya düşərək ölüb.

 

Necə olur ki, tibb sahəsi üzrə ali təhsili olmayan şəxslər xəstəxanalarda işləyir, əməliyyat edir? Burada məsuliyyət kimin üzərinə düşür?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Mülki Məcəllənin 1112 maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı cərrahiyə əməliyyatın yanlış diaqnozu nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

 

Onun sözlərinə görə, tibb müəssisəsi orada çalışan həkimlərin əməlləri üçün məsuliyyət daşıyır: 

 

“Klinikada çalışan həkim səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, bu zaman dəymiş zərərin əvəzi klinika tərəfindən ödənilməlidir. Klinika da öz növbəsində, ona dəymiş zərərin ödənilməsini həkimdən reqnes qaydasında tələb edə bilər.

 

Həkimlərin Hippokrat andının mətnində belə bir cümlər var: “Müalicəmi heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm”. Həkimlərin etik davranış qaydalarında isə qeyd olunmuşdur ki, həkim öz fəaliyyətini peşəkarlıq səviyyəsində həyata keçirməli, pasienti əsassız riskə məruz qoymamalı və səhiyyə müəssisəsinin nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməlidir””.

 

T.Abdullazadə qeyd edib ki, bu məsələ ilə bağlı həmin şəxslər 20 min manata qədər cərimə oluna və ya 12 ilə qədər azadlıqdan məhrum edilə bilərlər:

 

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.Eyni zamanda, tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 126.1-ci maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma cinayəti— ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...