Peyvəndlər uşaqları hansı xəstəliklərdən qoruyur? - Həkimdən valideynlərə ÇAĞIRIŞ

Peyvəndlər uşaqları hansı xəstəliklərdən qoruyur? - Həkimdən valideynlərə ÇAĞIRIŞ

Valideynlərin ən çox narahat olduğu və çəkindiyi mövzulardan biri də peyvənddir. Azərbaycanda əksər valideynlər övladlarını peyvənd etdirməkdən imtina edirlər.

 

Bəs peyvənddən imtinanın əsas səbəbləri nədir və peyvənd olunmayan uşaqların hansı viruslara yoluxma ehtimalı var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim pediatr Aygün Musayeva bildirib ki, valideynlərin bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olması ilə, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir.

 

"Valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər. Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Bəzi valideynlər mənasız səbəblərdən uşaqları peyvənddən qaçırır və həmin uşaqlar peyvənddən qalmış olurlar”.

 

Həkim qeyd edib ki, erkən doğulmuş uşaqlar 2 kiloqramı keçdikdən sonra peyvənd olunmalıdır.

 

“Bəzi xəstəliklərdə, məsələn, allergiya, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyinin olması - bunların heç birində peyvənd əks göstəriş deyil. Peyvəndlərin vurulması bütün uşaqlara vacibdir. Heç bir peyvəndi saxlamağa ehtiyac yoxdur”.

 

Aygün Musayevanın sözlərinə görə, vaksinasiya müxtəlif xəstəliklərin qarşısını almaq üçün bədənə yeridilən anticisimlərdir:

 

“Bu zaman orqanizmdə passiv yolla immunitet yaradılır. Peyvənddən sonra uşaq hər hansı bir xəstəliyə yoluxduqda həmin xəstəliyi daha yüngül keçirir. Əgər uşaq öskürək, tetanus və qızılca əleyhinə peyvənd olunmayıbsa, bu xəstəliklərin ağırlaşması halları müşahidə edilə bilər. Peyvənddən əvvəl uşağın reaksiyası yox, ancaq qanda hemoqlobinin göstəricisi yoxlanılır, əgər aşağı olsa, uşaqda müalicə aparılır, daha sonra vaksin edilir. Peyvənd yad zülaldır və müəyyən reaksiyalar gözləniləndir. Məsələn, uşaqda 24-72 saat müddətində qızdırma ola bilər, yuxusu narahat ola bilər, amma bunlar keçicidir. Peyvənd vurulan kimi xəstəxanadan ayrılmaq məsləhət görülmür. Çünki həmin reaksiyalar həkin nəzarətində saxlanılmalıdır. Bəzi valideynlərin bir-iki peyvənddən sonra peyvəndləndirməni dayandırması da düzgün deyil. Uşaqlara zamanında vurulan bütün peyvəndlər onları təhlükəli xəstəliklərdən qorumuş olur”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Alimlər Yer kürəsindəki dillərin 40%-dən çoxunun "yoxa çıxa" biləcəyini aşkar ediblər

Avstraliya Milli Universitetinin (ANU) alimləri dünyanın böyük dilin yox olması təhlükəsi ilə üz-üzə olduğunu aşkar ediblər. Sfera.az bildirir ki, araşdırm...

Meşənin ortasında inanılmaz tapıntılara rast gəldi - FOTOLAR

ABŞ-ın Ohayo ştatında Uill adlı gənc meşədə gəzərkən dəhşətli bir şeylə rastlaşıb. Sfera.az bildirir ki, Uillin hekayəsi böyük səs-küyə səbəb olub. Oğlan öz ...

Tanınmış vəkil vəfat etdi -FOTO

Vəkillər Kollegiyasının üzvü Rüstəm Zülfüqarov vəfat edib.   Sfera.az-ın məlumatına görə, tanınmış vəkil  uzun sürən xəstəlik səbəbindən ötən gü...

Şok edici kəşf: Alimlər Kleopatranın bacısının qalıqları haqqında həqiqəti ortaya qoyub

Tədqiqatçılar qrupu Türkiyənin Efes şəhərinin qədim xarabalıqları arasında təxminən bir əsr əvvəl tapılan sirli kəlləni araşdırmaq üçün geri qayıdıb. Sfera.a...

Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...

Son vaxtlar Çində başlayaraq bütün dünyaya yayılan HMPV virusu narahatlıq doğurmağa davam edir. Elm adamları virusun qeyri-adi simptomlarından birini müəyyən ed...

Qadın saxta Bred Pitt üçün ərini tərk edib və 830 min avro itirib - FOTO

Fransız qadın Anna özünü Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub. Sfera.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb. 53 yaşlı Anna 2023-c...