Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar


Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə müqayisədə 2-ci tip diabetin inkişaf riskinə daha çox həssas olduğunu sübut edib.


Araşdırmaların nəticələri Madriddə Avropa Diabet Tədqiqatları Assosiasiyasının (EASD) illik toplantısında təqdim olunacaq.
 

Sfera.az bildirir ki, gec xronotipləri olan insanlarda orta xronotipləri olanlara nisbətən 2-ci tip diabetin inkişaf riski 46% daha yüksəkdir.


İstər məcburi olsun, istərsə də üstünlük olsun, gecə həyat tərzinin bir sıra üstünlükləri ilə yanaşı, mənfi cəhətləri də çoxdur. Bununla belə, alimlər bu yaxınlarda “gecə bayquşları” arasında bir çoxlarına SOS siqnalı verə biləcək qorxulu bir tendensiya müəyyən ediblər.
 

Hollandiya Leiden Universitetində aparılmış Dr Jeroen van der Veldenin rəhbərlik etdiyi tədqiqatda yuxu vaxtı, bədən yağının paylanması və diabet riski arasındakı əlaqəni araşdırmaq üçün 5000-dən çox insan iştirak edib. Nəticələr göstərib ki, “gecə bayquşları” erkən yatanlarla müqayisədə daha yüksək bədən kütlə indeksinə (BMI), daha böyük bel çevrəsinə və orqanların ətrafında yığılan daha çox lokal yağlara malikdirlər.


Gec xronotipi olan, yəni daha gec saatlata yuxuya gedən insanlarda qida rasionu kimi həyat tərzi faktorlarına nəzarət etdikdən sonra belə, ara xronotipi olan insanlardan 2-ci tip diabet (T2D) inkişaf riski 46% daha yüksək olur. Bu insanlarda daha az fiziki fəaliyyət, spirt və siqaret qəbulu isə daha çox müşahidə olunur. Doktor van der Velde qeyd edir ki, əvvəllər qeyri-sağlam həyat tərzi gec xronotiplə əlaqələndirilsə də, bu qrupda müşahidə olunan metabolik pozğunluqların inkişaf riskinin artmasını tam bu səbəblə izah edə bilməz.
 

Bundan əlavə, tədqiqat nəticələri sübut edir ki, gec xronotiplər təkcə çox lokal yağ deyil, həm də daha yüksək qaraciyər yağ tərkibinə malikdirlər və bir sıra xəstəliklərin inkişaf riskini daha da artırır.


Alimlər erkən qalxanların ara xronotiplərlə oxşar riskə sahib olacağını gözləsələr də, tədqiqat erkən xronotiplər arasında T2T riskinin də bir qədər artdığını aşkar edib. Dr van der Velde və komandası indi yemək vaxtının dəyişdirilməsi və ya fiziki fəaliyyət kimi həyat tərzinin vaxtının tənzimlənməsinin gecə bayquşlarının metabolik sağlamlığını düzəldə biləcəyini təyin etmək üzərində işləyirlər.
 

 

Doktor insanların müəyyən bir saatdan sonra yeməkdən çəkindikdə və ya az-az yemək kimi üsulların metabolik faydaları ola biləcəyi fikrini irəli sürür. Doğrusu, bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olsa da, Van der Veldenin araşdırması sağlamlıq qiymətləndirmələrində (xüsusən də T2D-nin qarşısının alınması) və müalicəsində bu amillərin nəzərə alınmasının vacibliyini vurğulayır. Bu sahədə araşdırmalar irəlilədikcə, “gecə bayquşu” adlandırılan insanlarda diabet və digər metabolik pozğunluqlar riskini azaltmaq üçün fərdi həyat tərzi tövsiyələri də ortaya çıxa bilər.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - RƏSMİ

Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.   Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi...

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntel...

"YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıraca...

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.   Sfera.az xəbə...

Keçmişdən bu günə mövcud olan dəhşətlər

Müasir tibb çiçək, poliomielit, məxmərək, difteriya kimi ən təhlükəli xəstəliklərin bir çoxunu aradan qaldırıb. Ancaq keçmişdən gələn bir çox, o cümlədən vəba k...

Anbarda tapılan və cəmi 50 dollara alınan antik rəsm 200 min dollara satıla bilər

Nyu-Yorkda bir vaxtlar 50 dollara alınan rəsm hərraca göndərilir.   Sfera.az bildirir ki, Kanadalı rəssam Emili Karrın 1912-ci ildəki əsəri olduğu müəy...