Böyrək daşı xəstəliyinin simptomları nələrdir və necə müalicə olunur? - Həkimdən AÇIQLAMA

Böyrək daşı xəstəliyinin simptomları nələrdir və necə müalicə olunur? - Həkimdən AÇIQLAMA

Böyrək daşı xəstəliyi böyrəklərdə və sidik axarlarında, aşağı sidik yollarında daşların yaranması ilə xarakterizə edilir. Bir insanda böyrək daşının əmələ gəlmə ehtimalı müxtəlif risk faktorlarından asılı olaraq 1-20% arasında dəyişir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Xətai Tibb Mərkəzinin həkim-uroloqu uzman həkim Münasib Məmmədov qeyd edib ki, bu xəstəliyin əsas əlamətləri daşın yerləşməsindən asılı olaraq bel, qarın və qasıq nahiyyəsində ağrıların olmasıdır:

 

“Bu da əsasən sidikçıxarıcı yolları tıxayan daşlarla əlaqədar olur. Adətən kəskin ağrılarla, bəzən isə böyrəkdə küt ağrılar və arabir kəskinləşən ağrılarla, eyni zamanda sidikdə göynəmə, bəzən isə sidikdə qanın olması ilə özünü biruzə verir. Bəzi daşlar isə əlamətsiz olur, xalq arasında buna “lal” daşlar deyilir. Bunlar adətən sidikçıxarıcı yolları tıxamadığı və hər hansı genişlənməyə səbəb olmadığı üçün hər hansı bir simptom vermir. Bir çox kiçik daşlar isə rutin yoxlamalar zamanı təsadüfən aşkarlana bilər”.

 

Mütəxəssis qeyd edib ki, böyrək daşı xəstəliyinə daha çox kişilərdə rast gəlinir:

 

“Yaş qrupuna görə uşaqlarda az rast gəlinir.  Böyrək daşı xəstəliyinin dəqiq yaranma səbəbi məlum olmasa da, genetik faktorlar, böyrək quruluşu anomaliyaları, qidalanma və yaşam tərzi əsas səbələrdəndir. Xəstəliyin diaqnostikası və müayinəsi ilk olaraq ultrasəs müayinəsi ilə başlanılır. Əməliyyat planlanırsa və ya ultrasəs müayinəsinin yetərsiz olduğu halda kompüter tomoqrafiyası təyin edilir”. 

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-uroloqu Qasımov Pərvin isə bildirib ki, daş sidik axarına düşərək sidikaxıcı yolları tıxadısa, bu zaman bədəndə bəzi proseslər gedir:

 

“O proseslərlə bağlı sidik analizi, hemogram və biokimyəvi analizlərlə məlumat alırıq.  Böyrək daşı xəstəliyinin müalicəsi daşın ölçüsündən, sıxlığından, yerləşməsindən asılıdır. Sidik axarı daşlarının müalicəsi zamanı endoskopik üsuldan istifadə edilir. Şok dalğa litotripsiyası - bədənə səs dalğası ilə müdaxilə olunaraq, heç bit kəsik aparılmadan daşlar parçalanır, lazer vasitəsilə ureteroskopik litotripsiya, perkutan nefrolitotomiya üsülları da böyrək daşlarının xaric olunmasında istifadə edilir.  Daşın təkrar yaranmasının qarşısını almağın ən sadə və faydalı metodu çoxlu maye qəbuludur. Eyni zamanda müalicə dövrü və müalicədən sonra da xəstələrə ən çox tövsiyə edilən məqam bol maye qəbul etmək, pəhriz saxlamaq və hərəkətli olmaqdır. Əslində bütün bunlara müalicə kimi yox, həm də yaşam tərzi kimi yanaşılması məsləhətdir”.

 

Qeyd edək ki, böyrək daşı xəstəliyinin müayinə və müalicəsi, eyni zamanda əməliyyatı icbari tibbi sığorta çərçivəsində qarşılanır.  

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...