Bu dərmanlar içilən vaxt təsirini 30 faiz dəyişir - Alimlərdən ARAŞDIRMA

Bu dərmanlar içilən vaxt təsirini 30 faiz dəyişir - Alimlərdən ARAŞDIRMA

Xərçəng hüceyrələrinin sirkadiyalı ritmini araşdıran elm adamları dərmanların günün hansı saatlarında daha təsirli olduğunu təyin ediblər.

Sfera.az xəbər verir ki, bioloji saat kimi fəaliyyət göstərən sirkadiyalı ritm 24 saatlıq dövr ərzində maddələr mübadiləsinin fəaliyyətini tənzimləyir.
 

Yuxu rejimindən tutmuş hormon istehsalına qədər bir çox şeyi təsir edən bu bioloji saat dərmanların müvəffəqiyyətində də rol oynayır.
 

Müalicənin tətbiqi bir fərq yaratsa da, məsələn, şiş hüceyrələrinin bölünməsi zamanı kemoterapinin daha təsirli olduğu aşkar edilmişdir.
 

Xərçəng dərmanlarının günün hansı saatlarında daha yaxşı təsir göstərdiyi müəyyən edilib.

 

Tədqiqatçılar üçlü mənfi döş xərçəngi xəstələrindən götürülmüş hüceyrələri laboratoriyada böyüdərək araşdırıblar. Döş xərçənginin ağır versiyası olan bu xəstəliyin müalicəsi azdır.
 

Alimlər bir neçə gün ərzində xərçəng hüceyrələrinin sirkadiyalı ritmlərini izləyərək, onların bioloji saatlarının ətraflı xəritəsini yaradıblar. Daha sonra müxtəlif vaxtlarda verilən müalicəyə hüceyrələrin reaksiyasını izləyiblər.
 

Təhlillər nəticəsində məlum olub ki, dərmanların effektivliyi tətbiq olunduğu günün vaxtından asılı olaraq 30 faizə qədər dəyişə bilər.
 

Məsələn, 5-fluorourasil dərmanı səhər saat 8-10 arasında daha yaxşı nəticə verib, bəziləri axşam saatlarında daha təsirli olub.Tədqiqatçılar həmçinin sirkadiyalı ritm və dərman uğuru arasındakı əlaqədə hansı genlərin mühüm rol oynadığını müəyyən ediblər.
 

Yeni araşdırmada irəli sürülən yanaşma, dərmanların təsirini minimuma endirməklə yanaşı, effektiv müalicə üsullarını inkişaf etdirmək potensialına malikdir. Eyni zamanda, müalicələrə heç bir reaksiya olmadığı hallarda, başqa bir dərmana keçmək və ya dozanı artırmaqdansa, sadəcə qəbul vaxtını dəyişdirmək kifayət ola bilər. Digər tərəfdən, sirkadiyalı ritm insandan insana dəyişdiyi üçün, bu tapıntılar əsasında hazırlanmış müalicələr xəstəyə xas olmalıdır. Üstəlik, tədqiqat ümidverici olsa da, laboratoriya mühitində sınaqdan keçirilmiş tapıntıların real xəstələr üçün keçərli olub-olmadığı hələ məlum deyil.


Almaniyanın "Charite Kompleks Xərçəng Mərkəzi"ndən Dr. Adrián Enrique Granada rəhbərlik etdiyi araşdırma haqqında belə deyib: "Bu, ən təsirli dərman birləşmələrini müəyyən etməyə kömək edə bilər. Ümumilikdə, tapıntılarımız fərdi sirkadiyalı ritmlərə əsaslanan fərdi müalicə planlarının xərçəng müalicəsinin effektivliyini əhəmiyyətli dərəcədə artıra biləcəyini göstərir".



İnci

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib. ...

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...

Hesablama Palatası məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.   Sfera.az xəbər verir...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda tikintidə bədbəxt hadisə olub.   Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.   Burada...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...