Rusiyada botulizmə KÜTLƏVİ YOLUXMA - Nazirlikdən TƏCİLİ AÇIQLAMA

Rusiyada botulizmə KÜTLƏVİ YOLUXMA - Nazirlikdən TƏCİLİ AÇIQLAMA

Rusiyada botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən 149 nəfər evə buraxılıb.

 

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda məlumatı “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) yayıb.

 

İyunun 24-nə olan məlumata görə, “Rospotrebnadzor” 250 tondan artıq hazır məhsul və xammal müsadirə edib. Qeyd edilib ki, bəzi bölgələrdə yeni botulizm halları müəyyən olunur.

 

Xəstəlik iyun ayında Moskva şəhərində, Nijni Novqorod və Moskva vilayətlərində, eləcə də Tatarıstanda qeydə alınıb.

 

Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko isə bildirib ki, xəstələrin ümumi sayı 300-ü keçib. Zəhərlənməyə səbəb hazır salatların tərkibində olan lobya olub.

 

İyunun 24-də Yaroslavl, Tambov və Kostroma vilayətlərində də botulizmə yoluxma hallarının müəyyən edildiyi məlum olub.

 

Qeyd edək ki, botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən, uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...