Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən haldır. "Procrastination" olaraq da bilinən ertələmək xəstəliyi insanın çatdırılmalı olan işləri saxlaması və ya həmin işləri etməkdən qaçmasıdır.

 

Bəs bu xəstəlikdən necə xilas olmaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ertələmək xəstəliyi hər kəsdə mövcud olan bir haldır.

 

“Hətta ən səmərəli şəkildə işləyən və gününü planlayanlar belə zaman-zaman işlərini təxirə salırlar. Bir işi daima ertələmək isə insanın həyat tərzinə mənfi təsir göstərir. Həmin insanlar narahat və gərgin olurlar və digər şəxslərlə münasibətdə özünü göstərir. Bu tip insanlar əslində müəyyən psixoloji problemlər yaşayırlar.

 

Daha çox mükəmməliyyətçi insanlarda ertələmə problemi özünü büruzə verir. Bu cür insanlar ən kiçik işi belə daha mükəmməl yerinə yetirmək istədikləri üçün onu icra etməkdən imtina edirlər. Bu xüsusiyyət insanın yalnız özünə deyil, digər insanlara da təsir göstərir. Çünki onlar qarşılarındakı şəxslərdən də mükəmməl nəticələr gözləyirlər. Bu da münasibətlərə mənfi təsir göstərir”.

 

Psixoloq qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün ertələnən işlər haqqında siyahı hazırlanmalıdır.

 

“Siyahıdakı işləri sırayla etdikdən sonra özünüzü mükafatlandırın. Bu artıq müəyyən bir zaman sonra sizin həyat tərzinizə çevriləcək. İş görərkən diqqətinizi yayındıracaq cihazlardan, əşyalardan maksimum dərəcədə uzaq olmaq lazımdır. Bu isə görəcəyiniz işə fokuslanmağınıza kömək edəcək.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Deputatdan TƏKLİF - Azərbaycanda yeni Kəbə yaradılsın

Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib.   Sfera.az xəbər verir ki, bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sə...

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu - TƏFƏRRÜAT

Ötən gün ağır qəzada həlak olan Əşrəfin atası da bir neçə il əvvəl vəfat edibmiş.   Sfera.az xəbər verir ki, o, ali məktəbə hazırlaşdığı dövrdə atası...

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Sosial şəbəkələrdə və internet satış portallarında avtomobil nömrələrinin çox baha qiymətlərə satıldığını görürük. Hətta 50-100 min manata qədər qiymətlərlə qar...

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun...

Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.   Sfera.az məlumat verir ki, hadisə Bakı küçəsində qeydə alı...

Bayden xərçəngə tutulmasından danışd

Xəbər verdiyimiz kimi, ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, o, bu xəbərdən sonra &l...