Bu, uşaqların sıxıntılı hallar keçirməsinə səbəb olur - Valideynlərin DİQQƏTİNƏ!

Bu, uşaqların sıxıntılı hallar keçirməsinə səbəb olur - Valideynlərin DİQQƏTİNƏ!

Həddindən artıq  "yemək" vərdişi uşaqların sıxıntılı hallar keçirməsinə səbəb ola bilər. 


Sfera.az xəbər verir ki, bunu Böyük Britaniyanın Liverpul Universitetinin alimləri müəyyən ediblər. Nəticələr "Nutrients" jurnalında dərc olunub .

 

Britaniya alimləri 4-5 yaş arası uşaqları olan 119 ailə ilə eksperiment təşkil ediblər. Valideynlərdən övladlarının xasiyyətlərini və yemək vərdişlərini təsvir etmələri istənilib. Sonra alimlər uşaqlara təsvir edilən vərdişlərə uyğun yemək veriblər.

 

Təhlil nəticəsində məlum olub ki, uşaqlar normadan 36 kalori çox qəbul ediblər. Bundan sonra onlarda darıxma və sıxılma halları baş verib və bu da uşaqların yeməyə meylini daha da artırıb. Artıq kalorilərin yığılması isə piy qatının yaranmasına səbəb olur.

 

Mütəxəssislər vurğulayıblar ki, darıxma və sıxılma hallarının qarşısını almaq üçün uşaqları daim əyləndirmək lazım deyil. Həddindən artıq yeməyin qarşısını almaq və bunun üçün onları yeməkdən əlavə fəaliyyətlərə yönəltmək lazımdır.

 

İnci 


OXŞAR XƏBƏRLƏR