Meyvələrin ulduzu – Faydaları sonsuzdur

Meyvələrin ulduzu – Faydaları sonsuzdur

Tropik meyvələr gündən-günə populyarlaşır. Xüsusilə son illərdə bu meyvələrə artan tələbat təsadüfi deyil. Baha qiymətə satılsalar da, dadları, zəngin qida tərkibləri və faydaları ilə diqqət mərkəzindədirlər.

 

Tropik meyvələrin hər birində fərqli vitaminlər, minerallar və antioksidantlar olsa da, sağlamlığa müxtəlif müsbət təsirlər göstərirlər. Dadı, görünüşü və faydalı xüsusiyyətləri ilə ən çox sevilən tropik meyvələrdən biri "karambola" və ya digər adı ilə ulduz meyvəsidir.

 

Sfera.az medicina.az-a istinadla ulduz meyvəsinin elə də çox bilinməyən faydalarını təqdim edir:

 

- Ulduz meyvəsi liflə zəngin qidadır və həzm sistemini tənzimləməyə kömək edərək qəbizliyin qarşısını alır. Həzmə kömək edən fermentləri artıraraq həzmi asanlaşdırır və həzm sisteminin daha səmərəli işləməsini təmin edir.

 

- Antioksidantlarla zəngin olduğu üçün bədəni zərərli sərbəst radikallardan qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır.

 

- Karambola C vitamini baxımından limon və portağaldan üstün olan yeganə meyvədir. Ona görə də immunitet sistemini gücləndirir, bədəndəki sərbəst radikallara qarşı qorunma təmin edir və dəri sağlamlığını dəstəkləyir.

 

- Bədəndə dəmirin udulmasını artırmaqda da da mühüm rol oynayır.

 

- Ulduz meyvəsi kalsium, fosfor və maqnezium kimi minerallarla zəngindir. Bu minerallar sümük sağlamlığını dəstəkləyir və sümük sıxlığını artırır.

 

- Lif tərkibi və aşağı kalorili olması sayəsində çəkisinə nəzarət etmək istəyənlərin seçimidir. Aşağı kalorili bu meyvə qəlyanaltı kimi istehlak edilə bilər. Bu zaman toxluq hissi verərək həddindən artıq yemək riskini azaldır.

 

- Aşağı glisemik indeksi sayəsində qan şəkərini tarazlayır, diabet riskini azaldır.

 

Qeyd edək ki, ulduz meyvəsini salatlara, smuzilərə və desertlərə əlavə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...