Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Peruda son həftələrdə artan dang qızdırması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyi bu il qeydə alınan dang qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.

 

Səhiyyə ekspertləri bəyan ediblər ki, elan edilmiş fövqəladə vəziyyət hökumətin maliyyə dəstəyini köçürməsini və tibb işçilərinin virusun artdığı ərazilərə göndərilməsini asanlaşdıracaq.

 

Qeyd edək ki, fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR