İdman yaddaşı möhkəmləndirir

İdman yaddaşı möhkəmləndirir

Son illərdə tez-tez müşahidə edilən problemlərdən biri də unutqanlıqdır.

 

Sfera.az xəbər verir ki, bu mövzunun aktuallaşdığını söyləyən mütəxəssislər çıxış yolu kimi müxtəlif üsullar tövsiyə edirlər. Unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır.

 

Amma bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın.

 

Mütəxəssislər unutqanlıqdan qurtulmağın digər bir yolunu da göstərirlər. Araşdırmalara görə, beyninizi inkişaf etdirəcək fəaliyyətlə məşğul olmalısınız. Məsələn, boş zamanlarda müxtəlif çalışmalar, tapmacalar etmək sizə bu çətinliyi aradan qaldırmaqda köməkçi olacaq.

 

Bundan əlavə standartlaşmış vərdişlərdən bir az uzaq durmağa çalışaraq beyninizi inkişaf etdirə bilərsiniz. Məsələn, açarınızı və ya mobil telefonunuzu hər zaman qoyduğunuz yerdən fərqli bir yerə qoyun, amma çalışın bu zaman qoyduğunuz yeri unutmayasanız.

 

Daha bir fakti qeyd etmək lazımdır ki, meyvə yeməyi sevməyən insanlarda unutqanlıq digərlərinə nisbətən daha çoxdur. Bu səbəbdən albalı, ərik, çiyələk və digər meyvələrdən bol-bol istifadə edərək beyninizi inkişaf etdirə bilərsiniz.

 

Yaddaşını gücləndirmək və unutqanlığa əlvida demək istəyənlər həftədə 3 pay balıq yeməlidirlər.


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...