\"Onurğa yırtıqlarının yanlış əməliyyatı şikəstlik yaradır\"

\
Bədəndə yırtıqların əmələ gəlməsinin birinci səbəbi fəqərələrin yerində olmamasıdır. Onurğa sütununda fəqərələr düz olmayanda onların arasında olan qığırdaq sıxılır və qabarma əmələ gəlir. Zamanla həmin qabarmadan yırtıqlar əmələ gəlir.
 

Sfera.az bildirir ki, bunu report-a açıqlamasında fizioterapevt Zaur Əliyev deyib.
O bildirib ki, yırtıqların əmələ gəlməməsi üçün həmin fəqərələr vaxtında yerinə oturdurmalıdır: "Fəqərələr düz olanda orqanizmə düşən təzyiq qığırdağı sıxmır və yırtıq əmələ gəlmir".
Həkimin sözlərinə görə, fəqərələrin yerindən tərpənməsinin 3-4 səbəbi olur: "Birincisi, yırtıqlar ağır yük götürməkdən, yıxılmaqdan və qadınların hamiləlik dövründə əmələ gəlir. Yatağın yumşaq olması da fəqərələrin burulmasına səbəb ola bilər".

Z.Əliyev əlavə edib ki, onurğa sütununun sağlam olması üçün ona qulluq etmək, səhhətdə olan problemləri vaxtında aradan qaldırmaq lazımdır: "Belə olsa, yırtıq əmələ gəlməz. Hər bir fəqərinin arasından çıxan cüt sinirlər var. Yırtıq boyunda olanda başda ağrı ola bilər, qol da keyə bilər. Beldə olanda ayaqlarda ağrı əmələ gəlir, yalançı böyrək ağrıları baş qaldırır. Kürək hissəsində olduqda ürək, mədə ağrıları yaranır. Uzun müddət qaldıqda isə təsir etdiyi yerlərdə hissiyyatın itməsinə gətirib çıxarır".

Həkim deyib ki, rentgen vasitəsilə onurğanın vəziyyətini öyrənmək olur. Yırtığı müəyyənləşdirmək üçün isə daha dərin müayinə aparılmalıdır. 
Həkimin sözlərinə görə, 45 faiz yırtıqları əməliyyat etmədən müalicə ilə aradan qaldırmaq mümkündür: "Elə yırtıq var ki, onu əməliyyatsız aradan qaldırmaq mümkündür. Yırtıqların önündə çox zaman qemotoma olur. Həkimlər çox zaman səhv edir və onu yırtıq adı ilə əməliyyat edirlər. Bizə düzgün əməliyyat olmayan çox xəstələr gəlir. Azərbaycanda 7 millimetrə qədər olan yırtıqların əməliyyatına icazə verilmir".
Həkim qeyd edib ki, yırtıq problemi olan xəstə düzgün əməliyyat edilməsə, ömür boyu şikəst də qala bilər. 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...