Yeni Krım-Konqo qızdırması - Qadının gözünə qan sızmasından sonra Avropa sakinlərinə xəbərdarlıq edildi

Yeni Krım-Konqo qızdırması - Qadının gözünə qan sızmasından sonra Avropa sakinlərinə xəbərdarlıq edildi

Britaniya hakimiyyəti avqust ayında Avropaya istirahətə gedən vətəndaşlarına gənələr tərəfindən yayılan Krım-Konqo hemorragik qızdırması (KKKA) təhlükəsi barədə xəbərdarlıq edib.
 

Sfera.az xəbər verir ki, Şimali Makedoniyada 27 yaşlı gənc qadın KKKA xəstəliyinə tutularaq vəfat edib. ÜST-ün məlumatına görə, yoluxanların 40%-ə qədəri bu xəstəlikdən ölür. Paramediklər artıq qurbanın 67 əlaqəsini tapıblar. Krım-Konqo qızdırmasının insandan insana qan və ya bədən mayeləri ilə keçdiyi bildirilir.
 

Qeyd edək ki, xəstəlik ilk dəfə 1944-cü ildə Krımda aşkar edilib, indi Afrika, Balkanlar, Yaxın Şərq və bir sıra Asiya ölkələrində rast gəlinir.


Həkimlər hesab edirlər ki, adı açıqlanmayan qadın infeksiyaya iyulun 19-da Ştip şəhərində olarkən gənə dişləməsindən sonra yoluxub. Ölkənin İctimai Səhiyyə İnstitutu onun dörd gün sonra xəstəxanaya yerləşdirildiyini bildirib.


Xəstəliyin simptomları zamanla pisləşib. Digər əlamətlər arasında qızdırma, əzələ ağrısı, başgicəllənmə, işığa həssaslıq və ürəkbulanma olub . İnfeksiya orqan çatışmazlığına və qanaxmaya səbəb ola bilər.
 

Eyni zamanda, mütəxəssislər xəstəliyin zonasının genişlənə biləcəyini etiraf edirlər.
 

2016-cı ildən bəri İspaniyada yeddi hadisə, o cümlədən üç ölüm qeydə alınıb.


Krım-Konqo qızdırmasının simptomları:

baş ağrısı;
istilik;
bel və oynaq ağrısı;
qarın ağrısı;
qusma.


Həmçinin qızarmış gözlər və üz, qırmızı boğaz və damaqda qırmızı ləkələr ola bilər.
 


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...