“Bu qidalar uşaqlarda xərçəng riskini artırır” – Həkimdən valideynlərə ÇAĞIRIŞ

“Bu qidalar uşaqlarda xərçəng riskini artırır” – Həkimdən valideynlərə ÇAĞIRIŞ

Ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb. Məlumatlara əsasən, uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir

 

Mütəxəssislər bu xəstəliyin zamanla arta biləcəyindən narahatdır.

 

Onkoloji xəstəlikləri olan uşaqların sayının artımındakı səbəblər nədir? Xüsusilə uşaq leykozu və xərçəngdən ağırlaşma hallarının qarşısını necə almaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Günay Rəsulova bəzi qidaların uşaqlarda xərçəng yaratmaq ehtimalının yüksək olduğunu bildirib. Ekspert valideynləri müəyyən məqamlarda diqqətli olmağa çağırıb:

 

“Onkoloji xəstəliklərin yaranma səbəbi tam bəlli deyil, lakin bu xəstəliyə gətirib çıxran bir sıra faktorlar var. Uşaqlarda görülən onkoloji xəstəliklərin yaranması daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdir. Buraya mərkəzi sinir sisteminin şişlərini, daxili orqanlara aid şişləri aid etmək olar. Bundan başqa, sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər yarana bilər ki, bu da qan xəstəlikləri ilə bağlıdır. Böyüklərdə rast gəlinən mədə-bağırsaq xərçəngi kimi xəstəliklərə isə uşaqlarda rast gəlinmir. Valideynlər uşaqların düzgün həyat tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəng yaratmaq ehtimalı olan qidaları uşaqlar həddən artıq qəbul edirlər, valideynlər isə buna önəm vermirlər. Belə olmaz, hadisə bir dəfə olur. Kolbasa, sosis, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli məhsulları uşaqlara vermək olmaz. Uşaq immun sisteminin düzgün qorunması, vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq".

 

Mütəxəssis uşaqlarda halsızlıq, iştahasızlığın olmasını və digər səbəbləri onkoloji xəstəliklərin səbəbi kimi göstərib:

 

“Bəzi ailələrdə isə genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yükək olur. Bu ehtimal olan uşaqlar da illik olaraq müayinə edilməli və risk qrupuna aid edilməlidir. Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir. Əgər uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...