“Bu xəstələrə “sistem” qoşmaq olmaz” – Həkimdən XƏBƏRDARLIQ

“Bu xəstələrə “sistem” qoşmaq olmaz” – Həkimdən XƏBƏRDARLIQ

Son günlər əhali arasında yayılan infeksiya haqqında müxtəlif fikirlər səsləndirilir. Yoluxmanın kütləvi olduğu və prosesin ağır keçdiyi bildirilir.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, ötən ilin dekabr ayından başlayaraq ilkin klinik əlamətlərindən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının ikinci dalğası artıq sönmək üzrədir:

 

“Davamlı yüksək temperatur, güclü əzələ-oynaq ağrısı və davamlı öskürək bu dalğaya xas olan əsas klinik əlamətdir. Lakin ağırlaşma və aşağı tənəffüs yollarının fəsadlaşma riski praktik olaraq müşahidə edilmir. Odur ki, diaqnostikada səhvə yol verilməməlidir. Yəni antibiotik və antiviral preparatlardan,  xüsusən insanlar arasında “sistem” adlandırılan mürəkkəb tərkibli venadaxili inyeksiyalardan istifadə olunmamalıdır. Əks halda, immunitetin geridönməz süstlüyü və viral infeksiyaların növbəti sıçrayışları zamanı ağır və bərpaolunmaz nəticələrə səbəb ola bilər. Viral infeksiyada gözlənilən sonuncu dalğa  fevralın üçüncü ongünlüyünə təsadüf etməlidir. Bu dalğa dinamik gedişli olub, mart ayında sönmə mərhələsinə qədəm qoyacaq. Sözügedən dalğa yüksək kontagiozluq, daha mülayim gediş, 2-3 gün davam edən subfebril və qismən febril  temperaturla, yəni yüngül soyuqlama əlamətləri ilə özünü göstərməlidir”.

 

Mütəxəssis qeyd edib ki, viral infeksiyada növbələşən sıçrayışlar fəsli dəyişikliklə əlaqədar olaraq, pandemiyaya qədərki illərdə də müşahidə edilib və gələcəkdə də ediləcək:

 

“Hazırkı yoluxmada insanları qorxudan yeganə fərq klinik gedişin nisbətən ağır, sağalma müddətinin isə uzun çəkməsidir. Bu da iki səbəblə əlaqədardır.  Birincisi, pandemiya dövründə tətbiq olunmuş uzunmüddətli sərt karantin, ikincisi isə COVİD-19-la bağlı son 3 ildə insanların beyninə yeridilən ölüm qorxusudur. Bu stress halı tək virusa yoluxma deyil, həm də əksər xəstəliklərin artması və ölümün çoxalmasına səbəb oldu. Çünki intensiv stress qanda kortizolun miqdarını kəskin artırır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...