COVID-19-un SƏS-KÜYLÜ yeni ştamı: Sərt karantin rejimi geri qayıdır? 

COVID-19-un SƏS-KÜYLÜ yeni ştamı: Sərt karantin rejimi geri qayıdır? 

Son günlər Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştamı olan “XBB.1.5”lə (Kraken) bağlı ardıcıl olaraq xəbərdarlıqlar edir. Hətta  sosial media platformalarında iddia olunur ki, dünyanın 30-dan artıq ölkəsində rast gəlinən və sürətlə yayılmaqda davam edən bu infeksiyadan qorunmaq üçün tezliklə sərt karantin rejimi tətbiq olunmalıdır. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, “Kraken”, “Omikron”un “BA.2” variantının şaxələrindən biri olan “XBB” ştamının xələfidir:

 

“”Məlumatlar Bazası”na ilk dəfə 22 oktyabr 2022-ci ildə ABŞ-da daxil edilib.  “XBB” ştamı “Omikron”un BJ.1 (BA.2.10.11) и BM.1.1.1 (BA.2.75.3.1.1.1) ştamlarının genom fraqmentinin birləşməsi nəticəsində yaranıb, yəni rekombinant- hibrid ştamdır.  “XBB.1.5” ştamının yaranma səbəbi isə insan populyasiyasında “Omikron”un iki – “XBB” və digər bir ştamına eyni vaxtda yoluxma olub. Bu halda hər iki ştamın genom fraqmenti birləşərək məlum mutantı, yəni  “Kraken” adlandırılan variantı əmələ gətirib. Göründüyü kimi “XBB.1.5”  “Omikron”un digər - BA.3 (XE), XD, XF, Deltakron, Kentavr, Kerber, eləcə də sələfi XBB kimi hibrid ştamdır. Hibrid ştamlar bir qayda olaraq pandemiyaların sonunda əmələ gəlir. Növbələşmə ardıcıllığında onların öldürücülük qabiliyyəti zəifləyərək sıfırlanmalıdır”.

 

Mütəxəssisin sözlərinə görə, ÜST bildirir ki, hazırda “Kraken” ştamına yoluxmanın klinik gedişi adi soyuqlamanı xatırladır:

 

“Kontagiozluğu isə COVID-19-un “Omikron” da daxil olmaqla, bütün məlum ştam və variantlarından dəfələrlə yüksəkdir.  Bu, bir tərəfdən, “Kraken”in ən təhlükəsiz ştam olduğunu sübut edir, digər tərəfdən koronavirusun mutatik dəyişikliyinin sonlandığı və gələcəkdə aqressiv ştamın bir daha əmələ gəlməcəyini təsdiq edir. Odur ki, “Kraken” ştamı haqqında hazırda deyilənlər cəfəngiyyatdır, boş və mənasız sözlərdir. Məqsəd isə təkdir: insanları şiddət və təzyiq altında saxlamaq. Təhlükə  yoxdur və yaxın gələcəkdə də gözlənilmir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR