Yayda niyə \"fast-food\" yemək olmaz? - Mütəxəssis rəyi

Yayda niyə \

Xüsusilə yay aylarında mütəxəssislər "fast-food" qidalardan uzaq qalmağı məsləhət görürlər.


Maraqlıdır, isti havalarda dönər, tantuni, burger və s. qidalardan uzaq durmağa çağırış nə ilə bağlıdır? Belə qidaları istehlak etməmişdən əvvəl nələrə diqqət yetirməliyik?


Məsələ ətrafında Sfera.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yaz-yay aylarında yüngül qidalar qəbul etməli olduğumuzu deyib . O, gün ərzində tez-tez qidalanmağın gərəkliliyindən söz açıb:


“Yayda "fast-food" qidalardan, mənşəyi bilinməyən, hansı şəraitdə saxlanıldığı bəlli olmayan məhsullar daha çox risk faktoru daşıyır. Bu məhsullar düzgün şəkildə saxlanılmadıqda daha tez xarab olur, tərkibində bakteriyalar sürətlə çoxalır. Bu isə insan orqanizmində bir çox problemlərə səbəb olur. Bu problemlər həzm sisteminin, bağırsaqların funksiyasının pozulması ilə özünü göstərir. 


Yay aylarında digər problemlərdən biri də maddələr mübadiləsinin aşağı düşməsi, zəifləməsi ilə bağlıdır. Eyni zamanda həzm prosesi nisbətən daha zəif getdiyi üçün yaz-yay aylarında daha yüngül qidalanmaq lazımdır. Əsas qaydalardan biri qida porsiyamızın azaldılmasıdır. Məsələn, gündə 2-3 dəfə qidalananlar yemək miqdarını azaldıb gündə 3-4 dəfə qidalansalar, daha yaxşı olar”.


Ekspert yay aylarında maye qəbuluna diqqət yetirməyin zərurətindən danışıb:


“Eyni zamanda mütləq şəkildə qida rasionumuzda süd və süd məhsulları yer almalıdır. Bundan başqa daha asan həzm olunan meyvə-tərəvəz, göyərti istehlakına da diqqət yetirməliyik. Həddindən artıq yağlı, qızardılmış yeməkləri yay aylarında qida rasionundan çıxartmalıyıq. Bundan əlavə günlük maye miqdarı qəbul edilməlidir ki, bu da istədiyimiz yeməyin həzm olunması, bioloji funksiyaların həyata keçməsi üçün önəmlidir. Suyun hər orqanizmə görə qəbul dərəcəsi fərqlidir. Bir kiloqram bədən dərəcəsinə görə suyun miqdarı 30-35 ml qəbul olunur. Daha çox fiziki iş görən, tərləməyə məruz qalan şəxslər bu miqdarı artıra bilərlər. Yaxşı olar ki, rasionumuzda mövsümi meyvə tərəvəzlər yer alsın, mayonezli, souzlu qidalardan uzaq duraq.  Bəzən bu məhsullar həzm olunmadan ağciyərin piylənməsinə və qanda şəkərin miqdarının artmasına səbəb olur. Yay aylarında qida zəhərlənməsi də məhz bu qidalarda daha çox olur”.

 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil.    Sfera.az bildirir ki...

Sığorta, məzuniyyət, təqaüd: Dünyada ilk dəfə seks işçiləri üçün əmək məcəlləsi qəbul edildi

Belçika hökuməti Avropada və dünyada seks işçiləri haqqında ilk əmək qanununu qəbul edib.   Sfera.az xəbər verir ki, bu ayın əvvəlində Belçikada seks...

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Son 15 ildir ki, San-Fransiskoda milyarder Vinod Xosla evinin yaxınlığındakı çimərliyə girişi məhdudlaşdırmaq üçün mübarizə aparır. Ancaq bu dəfə də bu cəhd yen...

Naxçıvanda yaşayan ailələrin sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.   Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri ...

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ...

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

“Kann” kinofestivalında qırmızı xalça daim bütün dünya kinosevərlərinin diqqətini çəkir.    Sfera.az bildirir ki, 77-ci “Beynə...