"Donuz qripi"nə yoluxmamaq üçün vacib olan tədbirlər

"Donuz qripi"nə yoluxmamaq üçün vacib olan tədbirlər

"Qapalı məkanların havası tez-tez dəyişdirilməlidir"

"Donuz qripi"nə, eləcə də qripin başqa formalarına yoluxmamaq üçün xəstə insanla danışarkən maskadan istifadə olunmalı və insanların sıx olduğu yerlərdən uzaq durulmalıdır".

 

Bunu Türkiyənin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Əli Atalar deyib. O bildirib ki, qış fəslində insanlar bədən temperaturuna diqqət etməlidirlər: "Qış fəslində insanlar daha çox soyuqdəymədən qrip xəstəliyinə yoluxurlar. Əgər bədən temperaturuna diqqət edilməzsə, bir çox xəstəliklər yarana bilər. "Donuz qripi" temperaturun yüksəlməsi, titrəmə, mədənin bulanması və qusmaya səbəb olan quru öskürək kimi hallarla özünü göstərir. Xəstə insan digər şəxslə danışdığı zaman ətrafa tüpürcək çıxır və tüpürcək dalğaları çox sürətlə yayılır. Ona görə də qripə yoluxmuş insan maskadan istifadə etməli və ya danışanda ağzını bağlamalıdır. Qripin formasından asılı olmayaraq, xəstəliyə yoluxan adam izdihamın olduğu yerlərdən qaçmalıdır, çünki özü mikrob yaydığı kimi, ətrafdakı insanlarda olan mikrobları da qəbul edir. İnsanların çox olduğu bağlı məkanların havası tez-tez dəyişdirilməlidir".

 

O bildirib ki, ümumiyyətlə, qrip xəstəliyində viruslar bir həftə boyunca aktiv şəkildə yayıldığı üçün xəstələnmiş insanlar bir həftə evdə müalicə olunmalı, daha iki gün istirahət etməlidirlər. Xəstə uşaqlar 8-9 gün boyunca məktəbə buraxılmamalıdır.

 

Qeyd edək ki, "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

 

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.  //report

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...