Bu xiyarları almayın! - “Maddə 586”

Bu xiyarları almayın! - “Maddə 586”
Baş ağrısından tutumuş, yorğunluq hissini yox etməyə qədər hər dərdə dəva olan xiyar tərkibində B1, B2, B3, B5, B6, C vitaminlərini, eləcə də kalsium, dəmir, maqnezium, fosfor, potasium, sink və fol turşusunu birləşdirir. Lakin hər bir istehlakçı xiyar alarkən diqqətli olmalıdır. Çünki bu tərəvəzin də xeyirləri kimi ziyanları var. Bəs keyfiyyətli xiyarı  necə tanıyaq?
 
Oxucularımıza bu işdə Publika.az-ın "Maddə 586” layihəsi yardımçı olacaq.
 
 
Xiyarın inanılmaz faydası
 
Əvvəla bildirək ki, mövsümi olaraq xiyar gündəlik qidalanmada geniş istifadə olunur. Bu məhsulun tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr var. Əvvəla xiyar bədəni su ilə təmin edir, qan təzyiqini azaldır, susuzluğu aradan qaldırır, böyrəkdə daşın yaranmasının qarşısını alır, baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyar tumu qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir. Ona görə də sağlamlığının qayğısına qalan hər bir kəs gün ərzində 1 dilim də olsa xiyar yeməlidir.
 
 
Keyfiyyətli xiyarı necə tanımalı?
 
 
İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların diqqətinə çatdırır ki, xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla müxtəlif çalarlı, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər. Ondan təzə, duza və sirkəyə qoyulmuş halda istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti vardır. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur.
 
 
Məhsulun satış qaydası
 
Satış yerlərində bu məhsullar günəş şüalarından mühafizə olunmalı və sərin yerdə saxlanmalıdır. Açıq sahələrdə yetişən xiyarları 6-8ºC, istixanalarda yetişən xiyarları 10-12ºC temperaturda saxlanmalıdır. Bu zaman havanın nisbi rütubəti 90-95% olmalıdır. Qeyd olunan şəraitdə xiyar 2-3 həftə saxlanıla bilər.
Xiyar alarkən onun formasına və rənginə diqqət edin. Xırda ətliyi bərk, rəngi yaşıl olan xiyarlar daha keyfiyyətli hesab olunur. Rəngi ağarıb-saralmış, forması kobudlaşmış xiyarları almaq məsləhət görülmür.
Aldığınız xiyarı inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, bu məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir.
 
Qablaşdırılmış xiyar
 
Qeyd edək ki, xiyardan eyni zamanda duza və sirkəyə qoymaq üçün də istifadə edilir. Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır. Qablaşdırılmasında əsas etibarilə şüşə bankalardan istifadə edilir. Konservləşdirmə üçün istifadə olunan xiyar sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, qablaşdırılmış xiyar turşusu markalanmalı və etiketdə aşağıdakı gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır:
-  istehsalçı müəssisənin adı və ünvanı;
- məhsulun adı və növü;
- əmtəə nişanı;
- xalis çəkisi;
- istehsal tarixi;
- saxlama müddəti və şəraiti;
- məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatlar və s.
 
Bütün bu məlumatlar etiketdə aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Bu məhsulların saxlanma müddəti istehsalçı tərəfindən müəyyən edilir. Bilin ki, keyfiyyətsiz xiyar turşusu sağlamlığınız üçün ciddi fəsadlara səbəb ola bilər.
 
Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçı turşudulmuş, duza və sirkəyə qoyulmuş xiyar alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir.

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...