Oruc tutmağın rahat yolu

Oruc tutmağın rahat yolu

Yazda oruc tutmaq qış aylarına görə bir qədər çətindir. Çünki ən mühüm problem orqanizmin maye ehtiyacını ödəməkdir. Tezdən iftar zamanı 2-2.5 litr suyu içmək qısa zamanda çətin olur.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pəhriz və qidalanma mütəxəssisi Serab Güzel isti havanın maye tələbatını artıracağı üçün iftar zamanı yeyilən yeməklərə diqqət yetirilməli olduğunu tövsiyyə edir. Onun fikrincə, ayran, doğramac, süd, kefir, təzə meyvə-tərəvəz, bitki çayları maye ehtiyacını qarşılayır.
 
Sağlam iftar necə olmalıdır?
 
1-2 stəkan su, zeytun, xurma, pomidor, xiyar göyərti ilə orucu açmaq və 15-20 dəqiqə gözləyib sonra yeməyə başlamaq, həm mədəni rahatlaşdırır, həm də sinir sisteminə mənfi təsir göstərmir. Bütün gün aclıqdan sonra qan şəkəri aşağı düşür, yemək yeyiləndə isə sürətlə yüksəlir. Bu da iftar sonrası ağırlıq çökməsi və yuxu halının pisləşməsinə səbəb olur. İftar zamanı süfrələrdə hər növ yemək ola bilər, amma bunu az-az qəbul etmək məsləhətdir. Zülal ehtiyac edən yeməklər (ət, toyuq, balıq), çörək növü karbonatlı yeməklər (plov, bulqur, kartof, şorba və s), salat-tərəvəz əhatə edən yaşıllıq və qatığın qəbulu bədənin qüvvətli və sağlam qalması üçün şərtdir. Xəmir yeməkləri, qızartmalar, sousların qəbuluna diqqət yetirilməlidir. Ağır yeməklər həzmi çətinləşdirir və qaz, reflyuks, qastrit, mədədə yanma və s. narahatlıqlara yol açır.
 
Toxluq üçün lavaş deyil, buğda çörəyi yeyilməlidir

Aclığa dayanma gücünü artırmaq və qan şəkərinin balansını qorumaq üçün sübhdən  buğda unundan çörək yemək lazımdır.  Buğda, çovdar, kəpəkli çörək  lavaşa görə insanı daha tox tutar. Sübhdən lavaş əvəzinə, buğda çörəyi yeməyə çalışın. Eyni zamanda yumurta, yanında qatıq, yulaf toxluğu uzun zaman qoruyur.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...