Ağcaqanad dişlədiyi zaman... İLK TİBBİ YARDIM

Ağcaqanad dişlədiyi zaman... İLK TİBBİ YARDIM
Yayda həşərat dişləmə hadisələri çoxalır. Belə hallarda da ilkin müdaxilənin əhəmiyyəti çox böyükdür. Həşərat, arı, hörümçək, milçək dişləmələri zamanı ilk olaraq nə etməliyik?

Sfera.az xəbər verir ki, bu məsələ ilə bağlı sizə lazım olacaq mühüm məlumatları ailelent.az paylaşıb. 

Havalar çox isti olanda hər kəs qapı-pəncərəsini açıq qoyur. Belə hallarda həşərat dişləmələri daha çox olur. 

Pederus həşəratının səbəb olduğu allergiya gecələr göynəməyə yol açır. Həşərat daha çox gecələr ortaya çıxdığı üçün insan dərisi ilə təmas edərkən "paederin” adlanan ifrazat buraxır. Nəticədə həmin bölgədə su toplanması, şiddətli göynəmə hissi verən kiçik yaralar, qaşıntı ortaya çıxır.

Bundan başqa sıx rastlanan həşərat dişləmələrindən biri də ağcaqanad dişləməsidir.
Əvvəlcə ağcaqanad dişləyən bölgəni sabunlu suyla təmizləyib buz kompresi edin.
Bəzi insanlarda ağcaqanad dişləyən bölgədə qızartı, səpki meydana gəlir, dodaqlarda şişmə, nəfəs alma çətinliyi, ya da ürək döyüntüsü kimi problemlər ortaya çıxır.
Hörümçək dişləməsində isə həmin bölgəni mütləq sabunlu su ilə yuyun. Spirt, kolonya kimi məhsullar qətiyyən istifadə etməyin. Bölgə təmizləndikdən sonra özəl kremlərdən sürtün.

Əqrəb dişləməsi zamanı da bölgəni sabunlu su ilə təmizləyib üzərindən bir az yüngül bandajla sıxıb həkimə gedin.

Arı sancması zamanı isə analflaktik şok yaşana bilər. Arının sancdığı yeri də sabunlu su ilə təmizləyib soyuq kompres edin. Dodaqlarda, dildə şişmə olarsa, həyati təhlükə riski olduğu üçün həkimə gedin.

Can alan "Krım Konqo” qızdırma xəstəliyinə yol açan gənə dişləmələri zamanı ilkin müdaxilənin doğruluğu çox vacibdir. Gənələrin həkimlər tərəfindən çıxarılması lazımdır. Ancaq gənəni özünüz çıxarmaq istəyirsinizsə, gənənin üzərini qatı ağ vazelinlə örtüb gənənin nəfəs almasın əngəlləyin. Nəfəs almaz halda olduğunda daha asanlıqla çıxara bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...