Şagirdə \"sinəni aç\" deyən direktorla bağlı qərar verildi

Şagirdə \
Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi barədə aparılan araşdırmalar başa çatıb.

Sfera.az bildirir ki, bu barədə lent.az-a açıqlama verən Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov bildirib ki, rayonun Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayevlə bağlı səsləndirilən iddialar təsdiqini tapmayıb:

"Məktəbin 8-ci sinif şagirdinin ailə üzvlərinin dedikləri prokurorluq orqanları tərəfindən araşdırılıb və qərar verilib ki, iddialar əsassızdır.

Bu səbəbdən də direktor fəaliyyətinə əvvəlki illərdə olduğu kimi davam edəcək".

R.Məmmədov əlavə edib ki, hadisədən sonra təhsilinə davam edən 8-ci sinif şagirdinin yekun qiymətləndirilmə prosesi uğurla başa çatıb:

"Sözügedən şagird sinifdən-sinfə keçib və növbəti ildən də tədrisinə olduğu kimi davam edəcək".

Xatırladaq ki, 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası Elmin Həşimov bildirmişdi ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızına qarşı əxlaqsızlıq təklif edib:

"Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm".

OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...