Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

 Qızıl ucuzlaşdı  - Dollarda isə bahalaşma...
Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır.

Sfera.az bildirir ki, qızılın ucuzlaşmasına dolların bahalaşması güclü təsir edib. Bu ilin əvvəlindən dolların kursunda yüksəliş baş verir və ötən müddətdə dollar 10 faizdən çox bahalaşıb. Dolların bahalaşması dəyəri onunla müəyyənləşən qızılın ucuzlaşmasına təsir göstərib.

Əgər dollarda bahalaşma davam edərsə, qızıl bir qədər də dəyər itirəcək.

Lakin qızılın dəyərinə sadəcə dolların məzənnəsi təsir etmir. Onun qiymətini həm də qızıla olan tələb müəyyənləşdirir. Adətən iqtisadi riskilər artdıqda və ya böyük regional müharibələr baş verdikdə qızıla tələb artır. Çünki bu vəziyyətlərdə investorlar qızılı ən təhlükəsiz, azriskli sərmayə aləti kimi görür.

Buna görə də qızılın dəyəri Rusiya-Ukrayna müharibəsinin gedişatından, NATO-Rusiya qarşıdurmasından, eyni zamanda yüksək qiymət artımları ilə əlaqədar proqnozlaşdırılan qlobal iqtisadi böhran ehtimalından asılı olacaq. Əgər hərbi-siyasi gərginlik bir qədər də artarsa, eyni zamanda dünyanın böyük iqtisadiyyata sahib ölkələrində yüksək inflyasiya səbəbindən böhran yaranarsa, o halda, qızıl bahalaşacaq.

Amma digər halları və dolların baha olmasını nəzərə alaraq proqnozlaşdıra bilərik ki, qızılın dəyərində yüksəliş gözlənilmir.

Qeyd edək ki, qızılın ucuzlaşması Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə mənfi təsir edir. ARDNF-in 101,8 ton xalis qızılı var və bu qiymətli metalın ucuzlaşması onun qızılda olan aktivlərinin dəyərini azaldır.

2022-ci ilin aprelin 1-də ARDNF-in qızılda olan aktivlərinin dəyəri 6,292 milyard dollar idi və cəmi aktivlərin 13,9 faizini təşkil edirdi. Aprelin 1-dən indiyə qədər qızıl 7,4 faiz ucuzlaşıb. Deməli, ARDNF-in qızılla olan aktivlərinin dəyəri də bu qədər azalıb.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...