Saakaşvili Tbilisidə belə saxlanıldı - VİDEO

14:09 / 05.10.2021
1383
Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə qaldığı mənzildə saxlanılması ilə bağlı internetdə qısa video yayılıb.
Sfera.az xəbər verir ki, görüntüləri yerli telekanallar yayıb.
Kadrlarda M.Saakaşvilinin qandallandığı əks olunub. Videodan göründüyü kimi, siyasətçiyə qarşı hər hansı bir zor tətbiq edilməyib.
Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb.