\"Rüsumlar bahalaşacaqdısa, elektronlaşmaya niyə milyonlar ayrıldı?” - Nazir müavininin açıqlamasına SƏRT REAKSİYA

\
"Son 10-15 ildə hökumət büdcədən  rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırıb”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz maliyyə nazirinin müavini Azər Bayramovun dövlət rüsumlarının artırılması ilə bağlı şərhinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, dövlət  rüsumlarının artırılması səbəbini izah edən nazir müavini bunu, həm də son 10-15 ildə kağızın qiymətinin  və çap xərclərinin artması ilə əsaslandırıb:

"Bəs ayrılan milyonlarla vəsaitin nəticələri necə oldu? Məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı. Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s.  İndi biz kimə inanaq? Əgər kağızın üzərində  siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayırmaq nəyə lazımıydı?”.

Ekspert qeyd edib ki, ya elektron hökumətə ayrılan xərclər özünü  doğrultmayıb, ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır:

"Düzü, anlamadım, hökumət təmsilçisi nə demək istəyir. Büdcəyə cavabdeh olan qurum təmsilçisinin açıqlamasına təəssüf edirəm.  Yeri gəlmişkən, nazir müavininin dediyindən belə çıxır ki, ölkədə indiyədək elektron hökumət quruculuğuna ayrılan resurslar özünü doğrultmayıb”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...