“Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın son açıqlamasına SƏRT ETİRAZ
17:16 / 08.02.2021
3224
"Prosesdə Azərbaycan tərəfinin mövqeyi olmalıdır. Belə açıqlama ilə çıxış etmək sülhməramlı kontingentin rəhbərinin səlahiyyətində deyil".
Bu sözləri Sfera.az-a
açıqlamasında Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun
Ermənistan Müdafiə nazirinə məktubunda Ermənistan və Rusiya vətəndaşlarının
Bakının icazəsi olmadan Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa sərbəst
gedə biləcəkləri haqda fikrinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə
deyib:
"Qondarma rejimin
pasportunu heç kim tanımadığından Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər
Ermənistan pasportu daşıyır. Bu pasportla onlar Ermənistana və digər xarici ölkələrə
səfərlər edirlər. Açıqlamanın mahiyyəti budur ki, orada yaşayan və faktiki
olaraq Ermənistan pasportu daşıyanlar həmin istiqamətdə gedib-gələ bilərlər. Amma
regiona aydiyyatı olmayan ermənilərin Qarabağa gediş-gəlişi məhdudlaşmalıdır”.
Politoloq düşünür ki, Rusiya
ilə Azərbaycan arasında çaşqınlığın yaranmaması məqsədilə bu məsələlərlə bağlı
da razılaşmalar əldə edilməlidir: "Hesab edirəm ki, məsələ
diqqətdən kənar saxlanılmamalıdır. Sülhməramlıların rəhbərini dəvət edib, ondan
izahat almalı, danışıqlar aparmalıyıq”.
Sfera.az