Rusiyanın məşhur şousunun qalibi azərbaycanlı oldu – VİDEO

10:49 / 03.05.2021
2446
Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska” şousunun qalibi MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) olub.
Sfera.az xəbər verir ki, populyar ulduzların yarışdığı şouda ikinci yeri isə Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov tutub.
Qeyd edək ki, "Maska" Rusiyanın ən reytinqli və populyar layihələrindən biridir. Tv şouda Xalq artistləri Filipp Kirkorov və Valeriya Perfilova kimi ulduzlar münsifdir.
Ülvi
Sfera.az