Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşlar ləğv edildi
21:55 / 27.01.2021
2205
"Aeroflot” şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib.
Sfera.az-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Xəbərə görə, "Aeroflot” şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib.
28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.