Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı

Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
 Rusiyanın "Transmaşholding” QSC-nin tərkibindəki "Metrovaqonmaş” müəssisəsi Bakı Metropoliteni üçün (20 vaqondan ibarət) dörd metro qatarını yola salıb.

Sfera.az xəbər verir ki, bu barədə holdinqdən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında imzalanmış və 2020-2023-cü illəri əhatə edən müqavilə 60 ədəd 81-765.4B/766.4B seriyalı vaqondan ibarət 12 qatarın istehsal və tədarük edilməsini nəzərdə tutur.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir. Həmçinin son vaqonlarda sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı Metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, 2018-2019-cu illər ərzində də Rusiya şirkləti Bakı Metropoliteni üçün 81-765.B/766.B seriyalı 40 vaqondan ibarən 8 qatar tədarük edib.

OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...