Rusiyada xüsusi təyinatlı manikür ustası oldu- FOTO

Rusiyada xüsusi təyinatlı manikür ustası oldu- FOTO
 

Rusiyanın Krasnodar şəhərində keçmiş xüsusi təyinatlı Dmitri Bratçikov manikür ustası olub.

O "KP.ru”ya sənətinin radikal şəkildə dəyişməsi haqda danışıb.

Xüsusi təyinatlı dəstənin sabiq komandiri, kapitan Bratçikov 2010-cu ildə ordudan getmək fikrinə gəlib və marketinqlə məşğul olmaq istəyib. Lakin o sonda özünü digər sənətdə tapıb:

"Mən qürurumu qırmaq istədim və özümü qadın işində sınadım. Demək istərdim ki, manikür sənəti çox çətin işdir. Saatlarla oturub dırnaqlar üzərində şəkil çəkmək gücünü səfərbər etməyə məcbur edir”, - deyə keçmiş hərbiçi bildirib.

Təlim kurslarında Dmitri yeganə kişi olub. Salon işləyən zaman təzə-təzə müştərilər ondan çəkinirdi, amma hazırda onların sayı-hesabı yoxdur. 

 



OXŞAR XƏBƏRLƏR