Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarır

Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarır
Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarmağa başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times” yayıb.

Nəşr yazır ki, təhlükəsizlik orqanlarında çalışan yüksək vəzifəli ukraynalı məmurun sözlərinə görə, yanvarın 5-i Rusiyanın Kiyev şəhərində çalışan diplomatların övladları və həyat yoldaşları avtobuslarla Moskvaya yola düşüblər.

Bir neçə gün əvvəl isə Kiyev və Lvovdan rusiyalı diplomatların daha 30-a yaxın ailə üzvü Ukraynanı tərk edib. Digər konsulluqlardakı diplomatlara da ölkəni tərk etməyə hazırlaşmaları bildirilib.

"The New York Times” qeyd edir ki, Ukrayna və ABŞ-da belə hesab edirlər ki, Rusiya bunu etməklə ya təbliğata əl atır, ya hücuma hazırlaşır, ya da hər kəsi aldatmağa çalışır. 

"Bizdə olan məlumata görə, Rusiya hökuməti dekabrın sonunda və yanvarın əvvəlində Ukraynadakı səfirlikdə çalışan rus diplomatların ailə üzvlərinin təxliyyəsinə hazırlaşıb”, - deyə amerikalı bir məmur söyləyib.

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...