Rusiya burundaxili vaksin hazırlandı – Putin sınadı və təriflədi

Rusiya burundaxili vaksin hazırlandı – Putin sınadı və təriflədi
Rusiya pandemiyanın gedişatını dəyişdirə biləcək peyvəndin istehsalına başlayacaq.

Sfera.az xəbər verir ki, kameralar qarşısına keçən Rusiya prezidenti Vladimir Putin "Sputnik”in istehsalçısı olan "Qamaleya Araşdırma Mərkəzi”nin hazırladığı burundaxili peyvəndin sınaqlarında könüllü olaraq iştirak etdiyini açıqlayıb.

Burundaxili peyvənddən sonra heç nə hiss etmədiyini deyən Putin nazirlərə xitabən "bu gün peyvəndləmə prosedurundan sonra idman zalına getdim. Beləliklə, mən təminat verə bilərəm ki, hər şey alimlərimizin dediyi kimidir”,- deyə bildirib.

"RİA Novosti” xəbər agentliyinin məlumatına görə, "Qamaleya” Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış "Sputnik V” peyvəndinin burun spreyi formasının klinik sınaqları oktyabrın ortalarında Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Mütəxəssislər sözügedən vaksinin klinik şəraitdə test etdiklərini və digər peyvəndlərdən daha effektiv olacağını bildiriblər.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR