Rusiya bunu niyə etmir? – Minalanmış xəritələri Ermənistandan almaq müşkülə dönüb

Rusiya bunu niyə etmir? – Minalanmış xəritələri Ermənistandan almaq müşkülə dönüb
İkinci Qarabağ müharibəsinin bitməsindən 5 ay keçməsinə baxmayaraq Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərin xəritəsini vermir. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də ötən gün qeyd etmişdi ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb və mülki əhali minaların hədəfi olmamalıdır:
 
"Beynəlxalq humanitar hüquqa əsasən, Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azrbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir”.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov vurğulayıb ki,  Azərbaycan-Rusiya-Ermənistan prezidentləri arasında imzalanan bəyanatdan irəli gələn vəzifələr yerinə yetirilir:

"Uzun müddət qarşı-qarşıya dayanan Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması haqqında müsbət hərəkətlilik nəzərəçarpacaq dərəcədədir. Mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilir. Baş Nazirlərin müavinlərindən ibarət komissiyalar işləyir. Hazırda iki ölkə arasında kommunikasiya xətlərinin açlması ətrafında ciddi işlər gedir. Misal olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökuməti sədrinin  müavini Aleksey Overçuku qəbul etməsi, Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovun Moskvada Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov və Ermənistan Respublikası Xarici İşlər Naziri Ara Ayvazyanla görüşünü göstərmək  olar.
 
Bu və ya digər görüşlərdə Azərbaycan tərəfindən Qarabağda ermənilərin minaladığı ərazilərin xəritələrinin verilməsi haqqında dəfələrlə məsələ qaldırılmasına baxmayaraq ermənilər bu xəritəni təqdim etməkdən imtina edirlər. Amma özləri isə Azərbaycan tərəfinə haqsız olaraq çox böyük iddialar irəli sürür bu iddiaların yerinə yetirilməsini Rusiya və beynəlxalq təşkilatlar qarşısında qaldırırlar. Misal olaraq, müharibə bitəndən sonra Azərbaycan ərazisində terror hərəkəti hazırlamaq istərkən həbs olunan erməni hərbçilərini hərbi əsir koteqoriyasına salır və azad olunmasını tələb edirlər. Yaxud, Azərbaycanla sərhədlərin demilitasiyası prosesinin düzgün aparılmadığını iddia edərək tutduqları torpaqlarımızı boşaltmaq istəmirlər.
 
Azərbaycan rəhbərliyi bütün bunlar qarşısında dözümlülük göstərərək münaqişəli məsələlərin danışıqlar yolu ilə həllini tapacağına inanır və bütün addımlarını bu istiqamətdə atır. Çünki prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müharibə mərhələsinin sona çatdığı və artıq danışıqlar prosesinin başlandığını elan edib. Təbii ki, biz keçən 30 ilə yaxın bir dövrdə olduğu kimi yenə də bu vədimizə sadiq qalacaq, seçimin müharibəyə üzərində saxlanmamasına çalışacağıq. Amma təbii ki, bu istiqamətdə keçən illərin göstərdiyi kimi, hər şey bizdən asılı deyil. Yaxud, biz istəmədiyimiz halda müharibə seçimini edə bilərik. 5 ay bundan qabaq olduğu kimi....Bütün baş verən hadisələr fonunda ermənilərin müharibənin bitməsindən 5 ay keçməsinə baxmayaraq Qarabağdakı  minalanmış sahələrin xəritəsinin verməməsi maraq doğurur”.

Politoloq  bunun səbəblərindən də söz açıb və qeyd edib ki, ermənilər Qarabağdakı məğlubiyyətləri ilə barışa bilmir, bu torpaqları yenə də özlərinki hesab edirlər:

"Xəritələrin verilməsi onların Qarabağı bir dəfəlik itirdiklərinin ən ciddi sübutu hesab olunacaq. Həmçinin ermənilər xəritələri təqdim etmədiklərinə və orada basdırılmış minaların partlamsı nəticəsində insan tələfatına səbəb olduqlarına görə beynəlxalq aləm tərəfindən cəzalandırılmayacaqlarını bilir və Azərbaycanın tələbini yerinə yetirməkdən boyun qaçırırlar. Xəritələrin Azərbaycana təqdim olunması indiki iqtidara qarşı müxalifətin əlinə ciddi arqument vermiş olardı və Paşinyan höküməti iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə qədər nüfuzunu aşağı salacaq addımlardan qaçmaq kursu götürüb.
Digər səbəb isə ermənilərin Dağlıq Qarabağda yenidənqurma işləri ilə məşğul olan azərbaycanlıların bu minalardan nə qədər çox ziyan görsə, bunu özlərinin uğuru kimi qiymətləndirmələridir. Yadımıza 31 mart və Xocalı Soyqırımlarını salaq. Erməni qaniçənləri üçün tökülən hər bir Azərbaycanlının qanı zövq və uğur mənbəyidir. Daha onlar başa düşmür ki, onlar axıtdıqları hər damcı türk qanının əvəzini artıqlaması ilə ödəyəcəklər”.
 
Müsahibimiz eyni zamanda deyib ki, Rusiya minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsində ciddi maraqlı deyil: "Çünki bu xəritələri özü alıb torpaqları minalardan təmizləməklə və Azərbaycan qarşısında nüfuzunu bir qədər də artıra bilər. Bütün bunlar ermənilərin qaniçən xislətini göstərən nümunələrdən biridir. Onlar başa düşməlidir ki, torpaqlar istənilən halda minalardan təmizlənəcək. Buna bizim güçümüz, vəsaitimiz və imkanlarımız çatır. Üstəlik Qardaş Türkiyə Respublikası digər məsələlərdə olduğu kimi indi də bizimlədir. Ola bilsin, bu proses müəyyən qədər vaxt tələb edəcək. Amma bu 30 il deyil, çox qısa zamanda baş verəcək. Qarabağda həyat əvvəlki kimi davam edəcək. Amma biz ermənilərin bu xəbis hərəkətinə dünya dövlətləri və beynəlxalq təşkilatlar qarşısında daha ciddi qaldırmalı, onların iç üzünün ifşa olunmasında bu hadisədən istifadə etməliyik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR