“Rusiya Azərbaycandan güzəşt istəyir” – Prezidentlərin Moskva görüşündən gözləntilər
10:35 / 21.07.2021
1226
Ötən gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin arasında görüş olub.
Görüşün
birinci hissəsi mediaya açıq keçirilsə də ikinci hissə qapalı davam edib.
Sfera.az
xəbər verir ki, politoloq Asif Nərimanlı görüşün ilk hissəsinndə Rusiyanın güzəşt
istədiyini bildirib. Politoloq bunun münaqişə ilə bağlı olmadığını vurğulayıb:
"Prezident
İlham Əliyev iki dəfə "münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki,
"münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki,
ümumi səylərimizlə buna nail olacağıq”: Bu,
"Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir.
Vladimir
Putin Əliyevə "kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd
etdi ki, "nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu
yolla getməliyik”: Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər
münaqişə ilə bağlı deyil. Münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə
paylaşır. Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını
təmin etməkdir”.
Ekspert
görüşün nəticəsinin iki istiqamətdə inkişafının olacağını deyib: "Bundan
başqa liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: Mümkündür ki,
Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı
görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır.
Görüşdən
sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:
- Hər
iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni
diversantlarla mina xəritələrinin növbəti dəfə "barter” edilməsi gözləniləndir".
Əzizə
Zeynal
Sfera.az