Rusiya Abxaziyadakı generalını Qarabağa göndərir… – Kosobokov kimdir, niyə gəlir?

Rusiya Abxaziyadakı generalını Qarabağa göndərir… – Kosobokov kimdir, niyə gəlir?
"Muradovun yerinə Kosobokovun təyinatının gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə Moskvanın Abxaziyadakı hərbi bazasının rəhbəri, general-mayor Mixail Kosobokovun namizəd olacağı barədə erməni mətbuatının məlumatına münasibət bildirərkən, hərbçi ekspert Üzeyir Cəfərov deyib.
 
Həmsöhbətimizin fikrincə, bu Rusiyanın növbəti ikibaşlı oyunudur:
 
"Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyirlər. Gürcüstan ərazisi olan Abxaziya Rusiya tərəfindən işğal olunub. General Kosobokov da bir müddət orada separatçılarla təmasda olub. Separatçılara hansı fəaliyyətlə məşğul olmaqla bağlı onlara müəyyən təlimatlar verib. İndi də bu şəxsi Qarabağa gətirmək istəyirlər. Bu hal onu göstərir ki, Putin Dağlıq Qarabağı separatçı qurum kimi tanımağa hazırlaşır. Rusiyalı yeni həmsədr tanışlıq məqsədilə regiona gəlir və Azərbaycan tərəfdən axtarışda olan Araik Arutunyanla görüşür. Əlbəttə ki, bu tapşırığı ona Putin və Lavrov verib”.
 
Ü. Cəfərovun fikrincə, Kosobokovun təyinatı ona xidmət edir ki, bu özündən razı generalı aləmi qarışdırmağa göndəriblər:
 
"Prosesin gedişi belə deməyə əsas verir ki, Rusiyanın regionla bağlı təhlükəli, xain, uzaqgedən məqsədləri var. Kosobokovun göndərilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır. Azərbaycan bu çirkin məqsədlərin həyata keçməsinə imkan verməməlidir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...