Ronaldu Səudiyyə Ərəbistanından gələn fantastik təklifi rədd etdi

Ronaldu Səudiyyə Ərəbistanından gələn fantastik təklifi rədd etdi
Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından gələn reklam təklifini rədd edib.

Sfera.az xəbər verir ki, bu barədə "Telegraph” yazıb.

Ölkə rəhbərliyi "Visit Saudi” şüarı ilə yeni reklam kampaniyası başladıb və bununla ölkəyə turistləri cəlb etmək istəyir. Bu baxımdan illlik 6 milyon avroluq reklam təklifi Kriştianu Ronalduya edilib. Lakin portuqaliyalı ulduz bu təklifdən imtina edib.

Sözügedən təklifin sonradan Lionel Messiyə edildiyi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR