No Image
No Image

Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış etdi

Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış etdi
Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyası və Fransa–Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a bildirilib ki, "Reza Deqati, günümüzün şahidi, Azərbaycanla bağli xatirələr" mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 20 Yanvar hadisələri zamanı Bakıya getdiyini və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda baş verən dəhşətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də I və II Qarabağ savaşında çəkdiyi fotoların hekayəsini danışıb.

Tədbir "Facebook" üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

AZAL-dan ləğv edilmiş reyslərlə bağlı - Açıqlama

Azərbaycan Hava Yolları QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb. ...

Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə daha bir "jest” edib. Dövlət şirkətinin Yevlaxin su ve kanalizasiya sistem...

MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Sfera.az xəbər verir ki, itkin düşmüş hesab olunan 28 nəfərin foto şək...

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş...

Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvaf...

Saxta "general" azadlığa BURAXILDI

Nərimanov rayon məhkəməsində Bakıda özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi b...