Rəsul Quliyev Milli Şuranı yıxdı-sürüdü: “Ağ etmək olmaz”

Rəsul Quliyev Milli Şuranı yıxdı-sürüdü: “Ağ etmək olmaz”
 "Azərbaycanda müxtəlif adlar altında çoxlu qurumlar var. Onlardan biridə Milli Şura adlandırılır. 2013-cü il prezident seçkilərinə hazırlıqda 10-a yaxın təşkilat yığışıb ümumi seçki kampaniyası aparmaq və ümumi namizəd irəli sürmək üçün bur komanda yaratmışdı və adını Milli Şura qoymuşdu”.

Sfera.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev deyib. O, bildirib ki, həmin Milli Şura gözlənilməz bir addım atdı, heç kimin tanımadığı, heç bir idarəçilik təcrübəsi olmayanı MŞ-adından namizəd kimi irəli sürdü və bir təşkilat kimi ölümünə imza atdı. 

"Mən həmin dəqiqədən belə bir təşkilatı tanımadığımı qeyd etdim. Az bir zamanda Milli Şuranı təsis edən partiya və təşkilatların hamısı (AXCP-dən başqa) MŞ-nı tərk etdi və bu təşkilat ləğv olundu. Buna baxmayaraq bəzi adamlar bu təşkilatın adını mənimsədi və bu günə qədər özlərini MŞ-a adlandıraraq bəyanatlar verir, iclaslar keçirir. 

Mən bu adamları buraxdıqları biabırçı səhvlərinə görə artıq 7 ildir tənqid edirəm. Mən 7 ildir hökumətin bu adamların müqəvvasını Avropa Şurası, ABŞ, beynəlxalq təşkilatlara müxalifət kimi təqdim etdiyini və onların müxtəlif internet səhifələri, Youtubda yazdıqları və dedikləri əcaib yalanlar, şər və böhtanları ölkədə azad sözün təntənəsi kimi təqdim etdiyini demişəm. 

Həqiqətən Azərbaycan hökuməti, onun liderlərinin əleyhinə deyilən ən yaramaz yalanlara belə qulaq asmaq, baxmaq olar, heç bir problem yoxdur. Kimisə Məlik Məmməd rolunda təqdim etmək üçün onun izolyasiyaya salınmasından, pələng qollarına zənzir vurulmasından şikayətlər edilir, bəyanatla ona azadlıq tələb edilir. Paralel bu qəhrəman hər gün və ya iki-üç gündən biri efirə və ya internet səhifələrinə çıxır onu izolyasiyaya salıblar , qoymurlar gəlib xalqı azad etsin, çünki ondan qorxurlar çıxışlarını edir. Komediya göstərməyində duzu olmalıdır, ağ etmək olmaz.

Milli Şuranın "izoliyasida" olmayanları video iclaslar keçirir. Bir balaca dərrakası olan adamın bu adamların çıxışlarına qulaq asması onlara verilən ən ağır işgəncədir. Mən adətən onlaraın boş danışıqlarına qulaq asmıram. Ancaq hərdən bu tarixi video müzakirələrin bəzi kiçik parçaları mənə göndərirlər və mən qulaq asıb bir neçə gün yadından çıxar, cavab vermə deyə özümü dilə tuturam, ancaq mümkün olmur.

Bu müzkirələrin mərkəzində o durur ki, hökumət və biz (MŞ) hansı addımları atmalıyıq ki, insanlar yaşaya bilməsin, acından, xəstəlikdən qırılmağa başlasın məcbur olub hökumətin üstünə yerisin nə qədəri qırılacaq fərqi yoxdur, təki biz hakimiyyəti ələ keçirək. Bu təklifdən ruhlananlar tək bizlə iş düzəlməz, tanış adamlarıda bu barədə yazmağa cəlb etməliyik deyirlər. Bu ərəfədə kimlərsə hesabat verir bu işlə məşğulam mənim xahişimlə filankəslər atrıq yazıblar.

10 min il bundan öncə də təbii fəlakətlər olanda (Koronovirus da təbii fəlakətdir) insanlar instinktlə və artıq ağlı ilə bunun qarşısını almaq üçün birləşirdi. Hər bir canlı özünü qorumaq və nəslini artırmaq instiktinə malikdir. Ona görə həyat davam edir. Dünyada 1000 illərdir baş vermiş 100-lərlə fəlakətlərin məsələn çuma, xolera və sairələrin qarşısını almaq üçün insanlar birləşir. Özünün mənəviyyat və əxlaqından, yüksək adət ənənəsindən dəm vuran bir ovuc azərbaycanlı öz həmvətənlilərinin sümükləri , ağır, dözülməz yaşayışlarının üzərində özlərinin gələcəklərini qurmaq istəyirlər. Burada nöqtə qoyuram. Arxasını özünüz düşünün”.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...