Restoranların xidmət personalına bəxşişlər bu cür ödəniləcək!

Restoranların xidmət personalına bəxşişlər bu cür ödəniləcək!
 

Dünəndən etibarən paytaxtımızda bir çox ictimai iaşə məkanları fəaliyyətini bərpa edib. Restoran və kafelər də qapılarını karantin günlərində bu məkanlar üçün darıxmış müştərilərin üzünə açıb. Beləliklə, həm sahibkarların, həm də müştərilərin Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk olaraq tətbiq etdiyi maraqlı bir xidmətə ehtiyacları artdı.

Sfera.az xəbər verir ki, bu, Bankın hələ fevraldan müştərilərin istifadəsinə verdiyi "BƏXŞİŞ” xidmətidir. Sahibkarlar bu xidmətə qoşulmaqla müştərilərinin işini asanlaşdıra bilərlər. Belə ki, bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan xidmət personalına sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış ənənədir. Amma, əksər hallarda ölkəmizdə müştərilər restoranlarda bəxşiş verməkdən ötrü nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı isə yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən bəzi xidmət məkanlarında ("Mangal Steak House”, "Nar&Sharab”, "Mozzarella”, "Argentina Steak House”, "St. Nizami 62”) bu funksiya artıq işləkdir. Xidmətdən yararlanmaq istəyən digər ictimai iaşə məkanlarının sahibləri də bu xidmətin üstünlüklərindən faydalanmaq üçün Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.

 

"BƏXŞİŞ” xidmətindən istifadə belə baş verir: müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı "BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik müştəri məmnuniyyəti yaradır və nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...