Rəqabət olmalıdır, bu olarsa özəl bağçalar qiymətləri endirəcək- ekspert

Rəqabət olmalıdır, bu olarsa özəl bağçalar qiymətləri endirəcək- ekspert
"Rəqabət mühitinə nail olunsa, özəl bağçalarda qiymətlər düşər, dövlət bağçalarında isə vəziyyət normallaşar”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda özəl bağçaların baha qiymətlər diktə etməsi, dövlət bağçalarının isə azlığı məsələsinə toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
 
Ekspertin sözlərinə görə əhalinin tələbatının ödənilməsi üçün dövlət bağçalarının sayı artırılmalı, yeniləri tikilib istifadəyə verilməlidir:
"Özəl bağçalarda qiymətlərin həddən artıq baha olması əsasən tələbatla bağlı məsələdir. Hazırda bağçalara tələbat çox böyükdür. Amma ölkədə mövcud olan dövlət və özəl bağçalar əhalinin bu tələbatını tam olaraq ödəyə bilmir. Ona görə də problemin həllinə nail olmaq üçün ilk növbədə dövlət bağçalarının sayının artırılmasından başlamaq lazımdır.  Bu baş verərsə, onunla bərabər sözsüz ki, özəl bağçaların da sayı artacaq. Çünki tələbat şəraitində ölkənin müxtəlif yerlərində özəl bağçaların açıldığı barədə mütəmadi olaraq informasiyalarla rastlaşırıq.  Sadəcə olaraq, hökumət rəqabət mühitiniormalaşdırmaq, özəl bağçalarda olan qiymət artımlarını cilovlamaq məqsədilə dövlət bağçalarını artırmalıdır. Həmin bağçaların  artımı ilə əvvəllər özəl bağçalara müraciət edən insanlar indi bunu etməyəcək və seçim zamanı dövlət bağçalarına üstünlük verəcəklər. Nəticədə artıq özəl bağçalar qiymət diqtə etməyəcək, özünə müştəri axratmağa üstünlük verəcək. Müştəri axtarışı zamanı cəlbedicilik də əsasən elə qiymətlərlə bağlı olacaq. Bu istiqamətdə rəqabət mühitinə nail olunsa, özəl bağçalarda da qiymətlər düşər, dövlət bağçalarında isə vəziyyət normallaşar”. 

Qeyd edək ki, Azərbaycanda bazar iqtisadiyyatının formalaşması nəticəsində çoxsaylı özəl bağçalar da yaranıb. Amma buna baxmayaraq, özəl bağçalarda qiymətlər olduqca bahadır. Belə olan halda, nisbətən imkansız ailələr üçün çıxış yolu ancaq övladlarını dövlət basğçasına qoymaq qalır. Lakin məsələ ondadır ki, dövlət bağçalarında da yer yoxdur. Yəni bir sözlə, ölkədə bağça çatışmamazlığı mövcuddur. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...