Rektordan maraqlı TƏKLİF: Məzunlara iş bacarıqlarını göstərən əlavə sənəd verilsin!

Rektordan maraqlı TƏKLİF: Məzunlara iş bacarıqlarını göstərən əlavə sənəd verilsin!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov maraqlı təkliflə çıxış edib.
 
Sfera.az bildirir ki, o, məzunların bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac olduğunu deyib:

"İşəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiyalardır. Kompetensiya ümumi və qısa desək, bu və ya digər işin görülməsi bacarığıdır. İşəgötürən üçün vacib olan iddiaçının diplomu yox, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər”.

Rektor qeyd edib ki, məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edir:
"Bacarıqların formalaşdırılması, forma və metodlarının universitetlərin müstəsna  səlahiyyətində saxlanması vacibdir”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəb direktorları və müavinlərinin maaşları artırıldı - QƏRAR

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və di...

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı YENİ AÇIQLAMA

"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib...

Tərbiyəçinin uşağı döydüyü baxçadan - FOTOLAR

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub. Sfera.az-ın məlumata görə, xoşagəlmə...

“Xarici dil müəllimlərinin çoxu həmin dildə danışa bilmir” - Problem

Son illər ölkəmizdə xarici dil öyrənməyə çalışanların, eyni zamanda bunun üçün dil kurslarına müraciət edənlərin sayında artım müşahidə olunur. Hazırda 11 ill...

Bakıda şagirdlər 21 yaşlı xanım müəllimi döyüb? - AÇIQLAMA

Dünəndən sosial şəbəkələrdə Xətai rayonundakı 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülüməsi ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, guya ha...

Bilik verməli olan məktəblər niyə skandallarla gündəmə gəlir? - AÇIQLAMA

Ötən gün paytaxt məktəblərinin birində şagirdin döyülmə xəbəri sosial mediada müzakirə obyektinə çevrilib. Kimi bunu tənqid etsə də, kimi vaxtikən məktəbdə çox ...