Rektor vəzifəsindən azad edildi - Prezidentdən SƏRƏNCAM

15:45 / 09.03.2020
10170
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "C.V.Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, Sərəncam ilə, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Məmmədov Ceyhun Valeh oğlu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən millət vəkili seçilib.