Regionlarda kredit qoyuluşu az, faizlərsə yüksəkdir - ŞƏRH

Regionlarda kredit qoyuluşu az, faizlərsə yüksəkdir - ŞƏRH

 

Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə verdiyi kreditin 80 faizindən çoxu Bakı şəhərinin payına düşür. Mərkəzi Bankın məlumatına əsasən, kredit qoyuluşunun həcmi 14,742 milyard manat təşkil edib. Bu qədər kreditin 11,882 milyard manatı Bakıda ayrılıb.

 

Kredit qoyuluşunda regionlar üzrə olan fərq göstərir ki, banklar Bakıya üstünlük verir. Kredit qoyuluşunda ikinci ən böyük paya Aran iqtisadi rayonu sahibdir. Burada verilən kreditlərin cəmi kredit qoyuluşunda payı 5 faizdir. Kreditlərin həcminin böyüklüyünə görə növbəti yerləri Gəncə-Qazax iqtisadi rayonu (cəmi kreditlərin 4,2 faizi), Abşeron iqtisadi rayonu (cəmi kreditlərin 3,55 faiz) tutur.


Regionlarda verilən kreditlərin həcmi az olmaqla yanaşı ayrılan kreditlər üzrə faiz dərəcələri də yüksəkdir. Respublika üzrə orta kredit faizi 11,5 olduğu halda Bakıda 9,5 faiz, Aranda 22 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19 faiz, Abşeron iqtisadi rayonunda 16 faiz təşkil edib.


Sfera.az xatırladır ki, 2012-ci illə müqayisədə regionlara kredit qoyuluşunun payında bir qədər artım var. Yeddi il əvvəl kredit qoyuluşunun 87 faizi Bakının, 13 faizi kənar regionların payına düşürdü. 2018-ci ilin yekununda Bakının payı 82 faizə qədər azalıb.


Göründüyü kimi, əvvəlki illərlə müqayisədə Bakıdan kənar regionlara verilən kreditlərin payında artım dinamikası davam edir. Lakin bu dinamikanın bir qədər də sürətləndirilməsi və regionlara daha çox kreditin ayrılması çağırışları var. Eyni zamanda regionlarda verilən kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması zəruridir.


Bəs, regionlarla Bakı arasında fərqin kifayət qədər böyük olmasına səbəb nədir və bu hansı problemlər yaradır?


Bakıda kredit qoyuluşunun çox olmasının bir çox amillərlə əlaqələndirmək olar.


Kreditlərin daha çox hissəsinin Bakıda ayrılmasının əsas səbəbi iqtisadi fəaliyyətin və yaradılan əlavə dəyərin çox hissəsinin paytaxtda formalaşmasıdır. Ölkədə pərakəndə ticarət dövriyyəsinin, ümumi daxili məhsul istehsalının, muzdla çalışanların əsas hissəsi Bakının payına düşür. Həmin sahələrdə çalışanların çox hissəsinin Bakının payına düşməsi isə paytaxtda faktiki əhalinin sayının çoxluğu ilə bağlıdır. Müxtəlif məlumatlara əsasən, Bakıda yaşayan əhalinin sayı qeydiyyatda olan əhali sayından (2,3 milyon nəfər) ən azı 2,5 dəfə çoxdur. Yəni, Bakıda faktiki olaraq 5,5-6 milyon əhali yaşayır. Həmin insanların gəlir səviyyəsi digər əyalətlərdə yaşayan insanların gəlir səviyyəsi ilə müqayisədə yüksəkdir. Həm əhalinin sayının çox olması, həm də Bakıda adambaşına düşən gəlirin yüksək olması kredit qoyuluşunda Bakının üstün olmasına səbəb olur.


Regionlarda son illərdə inkişaf var, amma Bakı ilə müqayisədə zəifdir. Gənclərimiz rayonlarda qalıb işləmək əvəzinə, Bakıda işləməyə üstünlük verir. Yaxud, həmin gənclər öz kəndlərində daha az qazanır. Nəzərə alaq ki, kənddə həmin şəxslərin öz evləri var, yəni işləsə də kirayə haqqı ödəmir. Amma o gəncin öz kəndində aldığı maaş heç bir təminatını qarşılamır. Kirayə pulu ödəsə belə, Bakıda aldığı əməkhaqqı onu qane edir.


Banklar mövcud faktiki vəziyyəti nəzərə alır. Buna görə də bankları Bakıdan kənar yerlərə az kredit ayırdığına görə qınamaq düzgün deyil. Əyalətlərdə iqtisadi aktivlik, insanların gəlirləri Bakıdan xeyli dərəcədə fərqlənir. Regionlarda əksər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yoxdur. Çıxarış olmadığına görə daşınmaz əmlakdan girov kimi istifadə etmək mümkün olmur. Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vəziyyət Bakıda daha yaxşıdır.

Digər tərəfdən regionlarda olan daşınmaz əmlakın bazar dəyəri Bakıdan xeyli aşağıdır. Heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri aşağı olan əmlaka görə bank çox kredit vermək istəmir. Hətta təminatı götürsə belə, kredit qayıtmayanda həmin daşınmaz əmlakı regionda satmaq çətindir. Daşınmaz əmlakın qiyməti çox aşağıdır.


Mövcud vəziyyətdən çıxmaq üçün tədbirlər davam etdirilməlidir, regionlara müxtəlif proqramlar çərçivəsində kredit ayrılması artırılmalıdır. Regionlara kredit qoyuluşunun artırılması vacibdir. Çünki kredit qoyuluşu iqtisadi aktivliyin artmasında, tələbin yüksəlməsində mühüm qaynaqdır. İqtisadi aktivlik artdıqca kredit qoyuluşu bir qədər də yüksələcək.


Regionlarda aktivliyin artması üçün bəzi dövlət müəssisələrinin, o cümlədən bəzi ali təhsil müəssisələrinin, nazirlik və komitələrin regionlara köçürülməsi yaxşı olardı. Bəzi dövlət qurumları regionlara köçürülərsə, regionlarda çalışan, gəlir əldə edən insanların sayı artacaq. Bundan sonra isə həmin regionlarda aktivlik yaranacaq.


 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

100 gün “McDonald's” yeməyi yeyib arıqlamağı planlaşdırır

ABŞ-da Tennessi ştatının 57 yaşlı sakini Kevin Maginnis 100 gün ərzində eksklüziv olaraq “McDonald's” yeməklərini yeməyə qərar verib. O, nəticəl...

50 yaşlı Viktoriya Bekhem 25 ildir ki, belə qidalanırmış - "Dərimə görə yalnız..."

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem ciddi pəhrizə riayət etməyin vacibliyini açıqlayıb. Sfera.az xəbər verir ki, onunla müsahibəni "The...

Rihannanın bu görünüşü müzakirələrə səbəb oldu - FOTO

Müğənni Rihanna kosmetika brendi "Fenty Beauty"nin tədbirində üçüncü dəfə hamilə qalmaqda şübhəli bilinib. Sfera.az xəbər verir ki, sözügedən şəkil...

Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb...

Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ

Türkiyənin İzmit şəhərində yerləşən TÜPRAŞ neft emalı zavodunda baş verən partlayış zamanı 12 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, TÜPRAŞ-ın r...

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...