Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu

Bu gün Sakit okeanda, Rusiyaya məxsus Kuril adaları yaxınlığında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, seysmoloji xidmətlərin yaydığı məlumata görə, yeraltı təkanların episentri Kuril adalarının cənub-şərqində, zəlzələnin ocağı isə böyük dərinlikdə yerləşib. Zəlzələ əsasən seysmik stansiyalar tərəfindən qeydə alınıb və yaşayış məntəqələrində ciddi hiss olunmayıb.

 

Hazırda ölən və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

 

Qeyd edək ki, Kuril adaları Sakit okeanın seysmik cəhətdən ən aktiv bölgələrindən biri hesab olunur və burada vaxtaşırı güclü zəlzələlər baş verir.


OXŞAR XƏBƏRLƏR