Rusiyadan Azərbaycan akademikinə medal
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb.
"Qafqazinfo” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR-ın Baş ofisində medalın təqdimolunma mərasimi keçirilib.Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev çıxış edərək bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini görkəmli Azərbaycan alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi, akademik Azad Mirzəcanzadənin adına təsis edib. Bu medal dünyada Azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafatdır.
SOCAR-ın vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov mərasimdə çıxış ediblər.
X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasına və mərasim iştirakçılarına təşəkkürünü bildirib.
