Veteran futbolçu: "Klublar azarkeşləri stadiona qaytarmaqda maraqlı olmalıdır"

Veteran futbolçu:
 

"Bütün dünyada azarkeşlər stadiona gözəl oyun izləməyə gəlirlər. Bunun üçün isə güclü rəqabət olmalıdır. Ötən tur "Sumqayıt" - "Sabah" oyununu stadiondan canlı izlədim. Orada hər oyuna 1500-2000 azarkeş gəlir. Hava soyuq olsa da, fanatların sayı kifayət qədər idi. Məğlubiyyət olanda azarkeş stadionu tərk etməməlidir".

Bunu "Report"a açıqlamasında I Divizionda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurasının üzvü Əfqan Talıbov yerli azarkeşlərin Azərbaycan çempionatının oyunlarına maraq göstərməməsi və stadionlara gəlməməsi barədə danışarkən deyib. 

Veteran futbolçunun sözlərinə görə, Azərbaycan klubları daha da təkmilləşməli, Avropa səviyyəsinə yaxınlaşmalı, baxımlı oyun nümayiş etdirməlidir ki, azarkeşi stadiona qayıtmağa məcbur etsinlər: "Yerli 0futbolçularımıza, xüsusilə də gənclərə arzum budur ki, özləri üçün yox, komanda və matçı izləməyə gələn tərəfdarlardan ötrü oynasınlar". 

Ə.Talıbovun fikrincə, klubların sayı, onlar arasında rəqabət artsa, bölgələrin də bu işə qoşulması ilə azarkeş sayını artırmaq olar: "Bakı klubları bölgə təmsilçiləri ilə oynayanda stadionda kifayət qədər azarkeş olur. Məsələn, o vaxt "Xəzər Lənkəran” və "Neftçi” arasındakı görüşlərdə 15-20 min fanat olurdu. Klublar özləri də bu işdə maraqlı olmalıdırlar. Son vaxtlar bölgə futboluna sərmayə yatırılır. Ümid edirəm ki, əyalət təmsilçilərinin Premyer Liqaya qayıdışı ilə azarkeş sayı da artacaq. Çünki azarkeşsiz oyunlar çox maraqsız görünür”.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...