ABŞ-dan Şimali Koreyaya hədə

ABŞ-dan Şimali Koreyaya hədə
Ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır.
APA-nın "AFP” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi bəyan edib. "Mövqeyimiz dəyişməz olaraq qalır. Hesab etmirik ki Şimali Koreya qitələrarası nüvə başlıqlı ballistik raketlərə malikdir. Lakin ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”, deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In KXDR-nın hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib.

Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.

OXŞAR XƏBƏRLƏR